Son xəbərlər
10 İYUN
08 İYUN
07 İYUN
İDMAN

“Azəryol” həlledici görüşdə əsas rəqibini məğlub edib

<b>“Azəryol” həlledici görüşdə əsas rəqibini məğlub edib</b>

Qadın həndbolçuların Azərbaycan çempionatında 18-ci tur başa çatıb

AZƏRTAC Azərbaycan Həndbol Federasiyasının saytına istinadla xəbər verir ki, “ABU Arenada” keçirilən “Azəryol” – “Azərsu” görüşü həlledici xarakter daşıyıb. Bu turadək 3 dəfə qarşılaşan rəqiblərin görüşlərində iki dəfə “Azərsu”, bir dəfə isə “Azəryol” qalib gəlmişdi. Bu baxımdan sayca 4-cü oyun məsələyə aydınlıq gətirməli idi. Prinsipial qarşılaşmada 30:25 hesabı ilə qalib gələn “Azəryol” rəqibini ümumi hesabda 4 top fərqi ilə üstələyib. Belə ki, son turda yüksək ehtimalla “Azəryol” çempionluğu bayram edəcək. Sensasiya baş verməsə, martın sonlarında Azərbaycan kubokunu da başı üzərinə qaldıran “Azəryol” üçün bu mövsüm “qızıl dubl”la yadda qalacaq.
18-ci turun digər oyununda “Gənclər Birliyi” “İdman Akademiyası” komandasına 28:35 hesabı ilə uduzub.
Qeyd edək ki, 20 turdan ibarət Azərbaycan çempionatına aprelin 27-də yekun vurulacaq.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv