Son xəbərlər
10 İYUN
08 İYUN
07 İYUN
İDMAN

“Qəbələ” komandası “Trabzonspor”a qalib gəlib

<b>“Qəbələ” komandası “Trabzonspor”a qalib gəlib</b>

Türkiyədə keçirilən ənənəvi “İzmir Cup” beynəlxalq turnirinə yekun vurulub

Yarışda qüvvəsini sınayan “Qəbələ”nin 12 yaşadək futbolçulardan ibarət komandası sonuncu gün iki qarşılaşmaya çıxıb.
AZƏRTAC xəbər verir ki, qrup oyunlarından sonra final mərhələsinə vəsiqə qazana bilməyən Elnur İmanquliyevin baş məşqçisi olduğu komanda təsəlliverici matçlarda gücünü yoxlayıb. “Qəbələ” Türkiyənin “Başakşəhər” klubu ilə qolsuz heç-heçə edib. “Trabzonspor”la görüşdə isə komandalar hərəyə bir qol vurublar. “Qırmızı-qaralar”ın heyətində Ömər Kərimov fərqlənib. Bu oyunun penaltilər seriyasında komandamız 5:4 hesablı qələbə qazanıb.
Turnirin qalibi isə “Mançester Siti” (İngiltərə) və PSV (Hollandiya) arasında oyunda müəyyənləşib. Böyük britaniyalılar qolsuz başa çatan matçın penaltilər seriyasında qələbə qazanıblar – 2:1. Üçüncü yer uğrunda matçda isə İtaliya “Parma”sı Sloveniyanın “Olimpiya” klubunu 1:0 hesabı ilə məğlub edib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv