Son xəbərlər
10 İYUN
08 İYUN
07 İYUN
MEDİA

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və KİVDF birgə müsabiqə elan edib

<b>Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və KİVDF birgə müsabiqə elan edib</b>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu əhalinin rifah halının yaxşılaşdırılması, həssas qruplara dövlət qayğısının artırılması istiqamətində atılan yeni mühüm addımlarla əlaqədar birgə fərdi jurnalist yazıları müsabiqəsi elan edib

Bu barədə "Xalq Cəbhəsi"nə KİVDF-dən məlumat verilib.
Müsabiqənin mövzusu “Prezident İlham Əliyevin sosial islahatlar paketi: əhalinin rifahı naminə yeni inqilabi addımlar”dır. Əsas məqsəd Prezident İlham Əliyevin sosial islahatlar proqramının yeni uğurlu nəticələri kimi, ölkə əhalisinin rifah halının yaxşılaşdırılması, sosial cəhətdən həssas kateqoriyaların sosial müdafiəsinin gücləndirilməsi və onlara dövlət qayğısının artırılması, sosial ədalət prinsipinin yüksək səviyyədə təminatı istiqamətində atılan yeni inqilabi addımlar və əldə olunan mühüm irəliləyişlər barədə geniş ictimai məlumatlandırmanın təmin olunmasında peşəkar jurnalist əməyinin stimullaşdırılmasıdır.
Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal, informasiya agentliyi və rəsmi qeydiyyatdan keçmiş internet media resurslarında) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər. Təqdim olunan yazıların sərlövhəsi təklif edilmiş mövzu ilə eyni olmalıdır. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər. Qəzet və jurnallarda çalışan jurnalistlərin yazıları yalnız çalışdıqları mətbuat orqanlarında dərc olunmalıdır. İnformasiya agentliklərində, sayt və portallarda çalışan jurnalistlər yazılarını həmin saytlarda yerləşdirməli və linki məqalənin yazıldığı diskdə təqdim etməlidirlər. Yazı son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı” ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir, eyni zamanda, saytlarda yerləşdirilməlidir. Dərc olunmuş yazıda “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi birgə müsabiqəyə təqdim etmək üçün” qeydi göstərilməlidir. Yazıların qəbulu aprelin 3-də başlayır və mayın 1-də başa çatır. Yazılar rəsmi iş günləri saat 10:00-dan 16:00-dək Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna şəxsən təqdim olunmalıdır.
Müsabiqədə I yer üçün 1 nəfər (1000 manat), II yer üçün 2 nəfər (800 manat), III yer üçün 3 nəfər (500 manat) qalibin mükafatlandırılması nəzərdə tutulub. Beş yazı müəllifinə (hər biri 200 manat) həvəsləndirici mükafatlar veriləcək.
Qaliblər, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xüsusi diplomu ilə təltif olunacaqlar.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv