Son xəbərlər
10 İYUN
08 İYUN
07 İYUN
İDMAN

Bakıda idman gimnastikası üzrə Dünya Kubokunda ikinci yarış günü başladı

<b>Bakıda idman gimnastikası üzrə Dünya Kubokunda ikinci yarış günü başladı</b>

Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku çərçivəsində yarışların ikinci gününə start verilib

Bu gün kişilər təsnifat mərhləsində dayaqlı tullanma, dəstəli at, turnik, qadın idmançılar isə gimnastika tiri, sərbəst hərəkətlər üzrə tapşırıqları yerinə yetirirlər.
Günün sonunda mükafatlandırma mərasimi olacaq, həmçinin ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku təqdim ediləcək.
Martın 17-nə qədər davam edəcək yarışların ilk günündə təmsilçilərimizdən Murad Ağarzayev (sərbəst hərəkətlər), Nikita Simonov (halqalar) və Marina Nekrasova (dayaqlı tullanma) final mərhələsinə vəsiqə qazanıblar.
Dördgünlük turnir Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayacaq. Belə ki, olimpiyadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkə qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda isə 121 kişi və 49 qadın idman gimnast mübarizə aparır.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv