Son xəbərlər
10 İYUN
08 İYUN
07 İYUN
İDMAN

Cüdoçumuz Aytac Qardaşxanlı Avropa kubokunda qızıl medal qazanıb

<b>Cüdoçumuz Aytac Qardaşxanlı Avropa kubokunda qızıl medal qazanıb</b>

Türkiyənin Antalya şəhərində yeniyetmələr arasında keçirilən cüdo üzrə Avropa kuboku başa çatıb

Azərbaycan Cüdo Federasiyasından Trend-ə verilən məlumata görə, yarışın son günü Azərbaycan milli komandasının 2 üzvü medal qazanıb. Yeniyetmə cüdoçularımız 1 qızıl və 1 gümüş medala layiq görülüblər.
Qızların yarışında 57 kq çəki dərəcəsində çıxış edən Aytac Qardaşxanlı bütün rəqiblərinə qalib gələrək Antalya turnirinin çempionu olub.
Oğlanların mübarizəsində ölkəmizi təmsil edən Elcan Hacıyev (73 kq) yalnız finalda uduzaraq gümüş medal qazanıb. Beləliklə yeniyetmə cüdoçularımız Türkiyədə 1 qızıl, 3 gümüş və 1 bürünc medala sahib olublar.
Beynəlxalq turnirin ilk günü Kamran Süleymanov (55 kq) və Nahid İsmayılov (66 kq) gümüş medala, Şükran Zamanlı (55 kq) isə bürünc medala layiq görülüb.
Qeyd edək ki, Antalya turnirində 16 ölkədən 495 yeniyetmə cüdoçu mübarizə aparıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv