Son xəbərlər
24 APREL
23 APREL
SİYASƏT

Komitə sədri: Əhalinin böyük hissəsi əməkhaqlarında hiss olunacaq dərəcədə fərq görəcək

<b>Komitə sədri: Əhalinin böyük hissəsi əməkhaqlarında hiss olunacaq dərəcədə fərq görəcək</b>

Prezident İlham Əliyev tərəfindən mütəmadi olaraq sosial məqsədlərə xidmət edən sərəncamlar imzalanır

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli parlamentin bu gün keçirilən plenar iclasında deyib.
O qeyd edib ki, belə sərəncamlardan biri minimum aylıq əməkhaqqının artırılması ilə bağlıdır: “Bu sərəncamla əhalinin böyük hissəsi əməkhaqlarında hiss olunacaq dərəcədə fərq görəcək. Bu, müstəqillik dövründə ilk belə addımdır və əməkhaqlarının artırılmasına imkan yaradacaq”.
H.Rəcəbli bildirib ki, 2007-ci ildə yaşayış minimumu 67 manat olsa da, minimum əməkhaqqı 50 manat idi: “Digər illərdə də belə fərqlər var idi. Lakin ölkə başçısının son sərəncamı ilə minimum əməkhaqqı yaşayış minimumunun həcmi ilə bərabərləşdi. Azərbaycanda sosial müdafiə məqsədlərinə ayrılan vəsaitin həcminə diqqət etsək, bu rəqəmlərin nə qədər böyük olduğunu görmək mümkündür. Şəhid ailələrinə verilən müavinət 58 manat artaraq 300 manata çatdırıldı".
Komitə sədri vurğulayıb ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı əhalinin rifah halının yüksəldilməsi baxımından olduqca önəmli addımdır.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv