Son xəbərlər
16 FEVRAL
15 FEVRAL
14 FEVRAL
13 FEVRAL
SOSİAL

“İşsizin DOSTu” proqramına cəlb edilənlərin sayı 25 minə çatıb

<b>“İşsizin DOSTu” proqramına cəlb edilənlərin sayı 25 minə çatıb</b>

Prezident İlham Əliyevin təşəbbüsü əsasında həyata keçirilən “İşsizin DOSTu” proqramına son günlər daha 2 minədək şəxs cəlb edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyinin) “DOST İş Mərkəzi” tərəfindən rayon (şəhər) Məşğulluq mərkəzlərində işaxtaran və ya işsiz kimi qeydiyyatda olan şəxslər “İşsizin DOSTu” proqramına cəlb edilirlər. Cari ilin əvvəlindən reallaşan proqram çərçivəsində respublikamızın rayon və şəhərləri üzrə 30 minədək şəxsin ödənişli ictimai işlərə cəlb edilməsi nəzərdə tutulub ki, onlardan artıq 25 min şəxs belə işlərlə təmin edilib.
Proqram çərçivəsində ictimai faydalı xarakter daşıyan ödənişli ictimai işlərlə təmin edilənlərin hər biri ilə əmək müqaviləsi bağlanır və elektron sistemdə qeydiyyatdan keçirilərək rəsmiləşdirilir.




Xəbər - 20 dəfə oxundu







FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv