Son xəbərlər
16 FEVRAL
15 FEVRAL
14 FEVRAL
13 FEVRAL
HADİSƏ

Gürcüstandan Azərbaycana qanunsuz yolla gətirilən siqaretlər aşkarlanıb

<b>Gürcüstandan Azərbaycana qanunsuz yolla gətirilən siqaretlər aşkarlanıb</b>

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Opel Vectra" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, baxışdan əvvəl şifahi sorğu-sual edilən vətəndaş ona məxsus nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və ya bəyan olunmayan hər hansı predmetin olmadığını bildirsə də, yoxlama zamanı avtomobilin yük yerində gizlədilən, üzərində "King" yazısı olan 3400 ədəd tütün məmulatı aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.




Xəbər - 20 dəfə oxundu







FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv