Son xəbərlər
16 FEVRAL
15 FEVRAL
14 FEVRAL
13 FEVRAL
SOSİAL

“ASAN Viza” vasitəsilə 1 milyonuncu viza verilib

<b>“ASAN Viza” vasitəsilə 1 milyonuncu viza verilib</b>

Bir milyonuncu “ASAN Viza” sahibi Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanıb. Bu viza Fransa vətəndaşı Louis Henri Samoyaulta verilib

“ASAN xidmət”dən AZƏRTAC-a bildirilib ki, bir milyonuncu vizanın sahibi kimi ona “ABAD” tərəfindən xüsusi hədiyyə və Şahdağ Turizm Mərkəzinin istirahət vauçeri təqdim olunub. Sonra o “ASAN xidmət” mərkəzi ilə tanış olub, mərkəzlərin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb. Həmçinin qonaq “ABAD” publik hüquqi şəxs, “ASAN Radio” ilə də tanış olub. Qonaq “ASAN Viza” vasitəsilə elektron viza alma prosesindən məmnunluğunu bildirib, “ASAN xidmət”in fəaliyyətini yüksək qiymətləndirib.
“ASAN Viza” sistemi “www.evisa.gov.az” elektron viza portalı və Azərbaycan ərazisində yerləşən beynəlxalq hava limanlarında vizaların verilməsinin təmin olunması istiqamətləri üzrə fəaliyyət göstərir.
Ümumilikdə “ASAN Viza” sistemi vasitəsilə 95 ölkədən olan əcnəbilərə elektron viza verilməsi təmin edilir. “ASAN Viza”nın elektron viza portalı və hava limanlarındakı özünəxidmət terminalları 9 dildə fəaliyyət göstərir. Terminallar vasitəsilə orta hesabla bir əcnəbi vətəndaş üçün vizanın verilməsi 2 dəqiqə ərzində təmin edilir. Özünəxidmət terminalları ilə yanaşı xüsusi pəncərələr vasitəsilə viza verilməsi və bank xidmətləri də həyata keçirilir.
Ötən il ölkə üzrə vizaların verilməsinin 80 faizi məhz “ASAN Viza” sistemi vasitəsilə təmin edilib.




Xəbər - 22 dəfə oxundu







FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv