Son xəbərlər
16 FEVRAL
15 FEVRAL
14 FEVRAL
13 FEVRAL
TÜRK DÜNYASI

BAXCP sədri Binəli Yıldırıma təşəkkür edib

<font color=red><b>BAXCP sədri Binəli Yıldırıma təşəkkür edib</b></font>

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırıma təşəkkür məktubu göndərib.
Məktubda deyilir:
“Hörmətli cənab Sədr,
Türkiyə Böyük Millət Məclisinə və şəxsən Sizə Azərbaycan Xalq Cümhuriyyətinin və parlamentinin 100-cü ildönümünə xüsusi diqqət göstərdiyinizə, bu münasibətlə hazırlanan xatirə pulunu mənə də hədiyyə etdiyinizə görə dərin minnətdarlığımı bildirirəm.
Azərbaycan Xalq Cümhuriyyətinin şərəfli tarixi həm də Türkiyənin tarixidir. Bizim söy-kökümüz, dilimiz, mədəniyyətimiz, dinimiz kimi dövlətlərimizin tarixi də ortaqdır, eynidir.
Azərbaycan xalqı Cümhuriyyətin süqutundan sonra 70 il müstəmləkə şəraitində yaşasa da Cümhuriyyəti, üçrəngli bayrağını, dilini, milli mədəniyyətini, ən çətin gündə onun yanında olan Nuru Paşanı, Qafqaz İslam Ordusunun qəhrəman əsgər və zabitlərini unutmadı. Azərbaycanın istiqalalı, Azərbaycan türklərinin azad yaşaması, ermənilərin həyata keçirdiyi soyqırımından xilas olması uğrunda canlarını fəda edən qəhrəman türk əsgər və zabitlərinin məzarını ziyarətgaha çevirdi, göz bəbəyi kimi qoruyub saxladı.
Bu gün Türkiyə ilə Azərbaycanın birliyi Türk Dünyasının mənəvi bütövlüyünün təməlini təşkil edir. Bayraqlarımızın yanaşı dalğalanmasını görmək hər bir Azərbaycan türkü kimi məni də qürurlandırır.
Hörmətli cənab Sədr,
Sizə bir daha göstərdiyiniz yüksək diqqətə görə minnətdarlığımı bildirir, qardaş Türk xalqına firavan həyat və indikindən daha güclü, qüdrətli Türkiyə Cümhuriyyətinin yaxın və uzaq hədəflərinə çatdığı günü görməyi arzulayıram.
Hörmətlə,
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev”.


photoslide_title photoslide_title







FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv