Son xəbərlər
16 FEVRAL
15 FEVRAL
14 FEVRAL
13 FEVRAL
SOSİAL

Səhiyyə Nazirliyi gənc qızın nadir rast gəlinən infeksiyadan ölməsi barədə söylənilən iddialara münasibət bildirib

<b>Səhiyyə Nazirliyi gənc qızın nadir rast gəlinən infeksiyadan ölməsi barədə söylənilən iddialara münasibət bildirib</b>

Səhiyyə Nazirliyi Bakıda Nərdanə Şirvan qızı Tağızadənin nadir rast gəlinən infeksiyadan ölməsi barədə söylənilən iddialara münasibət bildirib

Nazirlikdən verilən məlumata görə, Nərdanə Şirvan qızı Tağızadənin leptospiroz infeksiyasından dünyasını dəyişməsi aparılan laborator müayinələrin nəticəsində öz təsdiqini tapmayıb:
"Bu infeksiya haqqında məlumat daxil olan kimi Səhiyyə Nazirliyi məsələni xüsusi diqqət altına alıb. Dərhal mərhumun evində bütün lazımi müayinələr aparılıb".
Leptospiroz çox nadir rast gəlinən bir xəstəlikdir. Bu infeksiya xəstə heyvanların ifrazatları ilə çirklənmiş ətraf mühit vasitəsilə yayılır. İnsandan insana keçmir. Aparılmış epidemioloji araşdırmalar və laborator müayinələr nəticəsində xəstəlik təsdiqini tapmayıb.
Ölümün əsas səbəbi mərhumun dünyasını dəyişdiyi tibb müəssisəsinin rəyində açıqlanıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv