Son xəbərlər
16 FEVRAL
15 FEVRAL
14 FEVRAL
13 FEVRAL
DÜNYA

Yanacaq tankerinə silahlı hücum: Bir əsgər öldü, daha bir zabit yaralandı

<b>Yanacaq tankerinə silahlı hücum: Bir əsgər öldü, daha bir zabit yaralandı</b>

İranın qərbində yerləşən Lorestan vilayətinin Xürrəmabad rayonunda yanacaq tankerinə hücum olunub

Trend-in məlumatına görə, bunu İranın Lorestan vilayəti Xürrəmabad rayonunun qubernatoru Əsəd Abdullahi deyib.
Ə.Abdullahinin sözlərinə görə, naməlum silahlılar Çağərvənd magistralında yanacaq doldurma məntəqəsində tankerə atəş açıblar.
Silahlıların atəş açması nəticəsində 1 əsgər ölüb, 1 polis zabiti yaralanıb.
Hadisə şahidlərinin bildirdiyinə görə, tankerin partlaması nəticəsində ətrafdakı binaların pəncərələri qırılıb. Silahlılar bir avtomobillə hadisə yerindən uzaqlaşıblar.
Faktla bağlı araşdırma aparılır.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv