Son xəbərlər
16 FEVRAL
15 FEVRAL
14 FEVRAL
13 FEVRAL
MEDİA

Ailə TV-dən yeni HD resiver

<b>Ailə TV-dən yeni HD resiver</b>

Ailə TV kabel televiziyası operatoru geniş funksionallığı və əlverişliliyi ilə seçilən yeni HD resiverini təqdim edir

Bu barədə Trend-ə “Caspian Telecom” Mətbuat Xidmətindən məlumat verilib.
Əvvəlki modellərdən fərqli olaraq, DVB-C standartlı yeni Ailə TV HD resiveri 1080P Full Hd keyfiyyətində yayımı dəstəkləyir. Bundan əlavə yeni HD TV Resiver Dolby Digital kodekini dəstəkləməklə izləyicilərə daha üstün keyfiyyətdə səs effektlərini hiss etməyə imkan verir və daha az elektrik enerjisi sərf edərək daha qənaətli hesab olunur.
Ailə TV-nin yeni HD TV resiverinin əsas üstünlüklərindən biri də onun əlverişli qiymətə olmasıdır. Belə ki, yenilənmiş və daha funksional HD resiver abunəçilərə güzəştli şərtlərlə pulsuz verilir, sadəcə aylıq abunə müddətinin 6 ay müddətinə öncədən artırılması tələb olunur. Bununla da Ailə TV, rəqəmsal yayıma keçid ilə bağlı dövlət proqramına da dəstək göstərir.
"Caspian Telecom" MMC şirkətinin brendi olaraq, Ailə TV kabel televiziyası gələcəkdədə öz abunəçilərinin məmnunluğu üçün müxtəlif aksiyaların təşkilini və yeni innovativ texnologiyaların tətbiqini planlaşdırır.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv