Son xəbərlər
10 İYUN
08 İYUN
07 İYUN
İDMAN

Naxçıvanda şagirdlər arasında keçirilən şahmat birinciliyinə yekun vurulub

<b>Naxçıvanda şagirdlər arasında keçirilən şahmat birinciliyinə yekun vurulub</b>

Naxçıvan Şahmat Mərkəzində Naxçıvan şəhər tam orta məktəblərinin komandaları arasında keçirilən şahmat birinciliyinə yekun vurulub

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi ilə Təhsil Şöbəsinin birgə təşkil etdiyi birincilikdə 17 komanda, hər komandanın tərkibi 3 qız, 3 oğlan olmaqla, 102 şahmatçı iştirak edib.
Birinciliyin seçmə turu olimpiya sistemi üzrə keçirilib, qalib gələn 8 komanda isə dairəvi sistem üzrə mübarizə aparıb.
Keçirilən yarışın yekun nəticəsinə əsasən, 17 nömrəli tam orta məktəbin “Buta” komandası qalib adını qazanıb. Digər iki pillədə isə 6 nömrəli tam orta məktəbin “Qaraxan” və 1 nömrəli tam orta məktəbin “Şahin” komandaları qərarlaşıblar.
Taxtalar üzrə isə birinci taxtada Ümid Məmmədov (3 nömrəli tam orta məktəb), ikinci taxtada Hüseyn İvazov (6 nömrəli tam orta məktəb), üçüncü taxtada Mirismayıl Seyidov (1 nömrəli tam orta məktəb), dördüncü taxtada Nərgiz Həsənli (15 nömrəli tam orta məktəb), beşinci taxtada Gülüzar Fərzəliyeva (6 nömrəli tam orta məktəb) və altıncı taxtada Rəna Rəhimli (1 nömrəli tam orta məktəb) bütün rəqiblərindən üstün olaraq birinci yerlərə layiq görülüblər.
Qalib komandalar və taxtalar üzrə birinci yerləri tutan şahmatçılar təşkilatçıların diplomları ilə mükafatlandırılıblar.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv