Son xəbərlər
19 MART
18 MART
17 MART
16 MART
15 MART
HADİSƏ

Bakıda sərxoş kişi şirkətin ofisinə hücum etdi

<b>Bakıda sərxoş kişi şirkətin ofisinə hücum etdi</b>

Ötən gecə Bakıda xuliqanlıq hadisəsi qeydə alınıb

Trend-in məlumatına görə, hadisə Nəsimi rayonu Rəşid Behbudov küçəsi 142 D ünvanında baş verib. Mahir Quliyev adlı ortayaşlı şəxs qeyd olunan ünvanda "Unicapital" adlı ofisə hücum edərək oranın pəncərələrini qırıb, daha sonra içəriyə daxil olaraq ofisə ziyan vurub. Ofisdən çıxan M.Quliyev yol kənarında dayanan maşına da zərər vurub.
Hadisə ilə bağlı "Unibank" KB-dən Trend-ə bildiriblər ki, həmin şəxsin "Unicapital" ilə heç bir əlaqəsi yoxdur, o, sərxoş olduğundan nə etdiyini bilməyib:
"Ötən gecə saat 19.00 radələrində həddən artıq içkili və əlində kəsici alət olan bir şəxs "Unicapital" İnvestisiya şirkətinin Rəşid Behbudov küçəsi 142 D ünvanında yerləşən ofisinə hücum edərək, ofisin şüşəsini sındırıb, avadanlıqlara ciddi ziyan yetirib. Ofisin qarşısında başqa vətəndaşlara məxsus maşınlara da ziyan vurub. Hadisə barədə dərhal polis idarəsinə məlumat verilib və şəxs yaxınlıqdakı polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb".
Adıçəkilən şirkətin rəhbərliyi tərəfindən Nəsimi rayon Polis idarəsinin 21-ci bölməsinə baş vermiş hücum hadisəsi və əmlaka vurulmuş ziyana görə şikayət ərizəsi təqdim edilib.
Hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv