Son xəbərlər
19 MART
18 MART
17 MART
16 MART
15 MART
MƏDƏNİYYƏT

Dənizkarı Bulvarda yeni layihə - Bir il davam edəcək

<b>Dənizkarı Bulvarda yeni layihə - Bir il davam edəcək</b>

Dənizkənarı Bulvar İdarəsi "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC ilə birlikdə yeni layihəyə başlayır

Bu barədə Trend-ə Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Günay Yelmarqızı deyib.
Mətbuat xidmətinin rəhbəri bildirib ki, Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl bayramı ərəfəsində start veriləcək layihə çərçivəsində ilk konsert dekabrın 29-da Kukla teatrının arxasında yerləşən meydanda keçiriləcək:
"Yeni il gəlir” adlı bayram tədbirinə saat 12-də Uşaq Musiqi Kollektivlərinin iştirakı ilə baş tutacaq konsertlə start veriləcək. Saat 18-də isə Azərbaycan Televiziyasının musiqi kollektivləri və solistlərinin iştirakı ilə geniş konsert proqramı təqdim olunacaq".
G.Yelmarqızı qeyd edib ki, konsertin məhz bu tarixdə keçirilməsi təsadüfi deyil.
"Dekabrın 29-da ümummilli lider Heydər Əliyevin fərmanı ilə Bakı Bulvarına Dənizkənarı Milli Park statusu verilməsinin 20-ci ildönümüdür. Birgə layihə il ərzində davam edəcək. Müxtəlif əlamətdar tarixlərdə musiqi kollektivlərinin iştirakı ilə müxtəlif janrlarda konsertlər təşkil olunacaq. Layihənin reallaşdırılmasında məqsəd Azərbaycan mədəniyyətini və musiqisini təbliğ etməkdir".









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv