Son xəbərlər
19 NOYABR
18 NOYABR
16 NOYABR
15 NOYABR
İQTİSADİYYAT

İstanbulun yeni aeroportundan Bakıya ilk təyyarə uçdu

<b>İstanbulun yeni aeroportundan Bakıya ilk təyyarə uçdu</b>

İstanbulun yeni hava limanından Bakıya ilk reys baş tutub

Trend-in məlumatına görə, Bakıya gələn ilk təyyarə yerli vaxtla saat 09:30-da havaya qalxıb.
Bu gündən etibarən həmin aeroportdan Bakıya hər gün bir reys yerinə yetiriləcək.
Qeyd edək, İstanbulun 3-cü hava limanı oktyabrın 29-da açılıb.
Cari il dekabrın 31-i yerli vaxtla saat 00:00-dan İstanbulun Atatürk hava limanından bütün uçuşlar dayandırılacaq və həmin vaxtdan bütün yük və sərnişin daşımaları yeni aeroportdan həyata keçiriləcək.
Xatırladaq ki, İstanbulun üçüncü hava limanı şəhərin şimal hissəsində, Terkos gölü yaxınlığında inşa olunub.
Bundan əvvəl Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən Trend-ə bildirilmişdi ki, aeroportun tikintisinə 10 milyard türk lirəsi xərclənib.
İstanbulun yeni hava limanından Bakıya (gediş-dönüş) biletin qiyməti 99 ABŞ dolları təşkil edir. Biletlərin satışına artıq başlanıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv