Son xəbərlər
19 NOYABR
18 NOYABR
16 NOYABR
15 NOYABR
SİYASƏT

“Vahid əmək haqqı ilə bağlı tarif müəyyən olunsun”

<font color=red><b>“Vahid əmək haqqı ilə bağlı tarif müəyyən olunsun”</b></font>

Qüdrət Həsənquliyev: “Dövlətin imkanı varsa, hər 2-3 ildən bir şəhid ailələrinə 11 min manat versin”

“Dövlətin imkanı varsa, hər 2-3 ildən bir şəhid ailələrinə 11 min manat versin. Vallah, şəhid ailələri demək olar ki, hər gün dövlət qurumları qarşısında toplaşırlar. Bu, düzgün deyil”
Bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev parlamentdə büdcə müzakirələri zamanı çıxışında deyib. O qeyd edib ki, bütün bu məlumatlara bizim düşmənlərimiz də baxır: “Lap tikinti sektoruna ayrılan vəsaitdən bu sahəyə ayrıla bilər. Onların ya övladları, ya da həyat yoldaşları şəhid olublar”.
O, həmçinin əlavə edib ki, gələn ilin büdcəsindən 7 milyard manat pul tikinti işlərinə ayrılıb: “Bu 7 milyard hansı sahələrə ayrılacaq? Ümumi şəkidə dəmiryol, neft şirkətinə ayrılması qeyd olunub. 60 yeni layihə maliyyələşdiriləcək. 114 obyekt isə istifadəyə veriləcək. Büdcənin təxminən üçdə birinin tikintiyə ayrılması nə dərəcədə düzgündür? Ondansa yeni zavod tikilsə yaxşı olar. Hər hansı texnogen qəza şəhərin böyük hissəsini fəlakətlə üz-üzə qoyacaq. Bu yaxınlarda SOCAR-ın zavodundan ətrafa sulfat turşusu dağıdılmışdı. İki gün şəhərdən iy getmədi”.
Qüdrət Həsənquliyev həmçinin, Milli Məclis əməkdaşlarının maaşlarının artırılmasını da təklif edib: “Cənab Prezident 1 may 2017-ci ildə fərman imzalayıb ki, yol hərəkəti qaydalarına görə, Vergilər Nazirliyi tərəfindən təyin olunan cərimələrin 25 faizinin 5 faizi, “Dövlət rüsumu haqqında” qanuna uyğun olaraq toplanan rüsumların 25 faizinin 5 faizi Prezident Administrasiyasının əməkdaşlarının əmək haqlarına əlavə edilir. Düşünürəm ki, bu yaxınlarda Nazirlər Kabineti ilə bağlı da belə qərar qəbul olunacaq. Cərimələrin 2 faizi onların əmək haqlarına yönəldiləcək. Milli Məclisə də heç olmasa buradan 3 faiz ayrılsın. Ya da cərimələr üzrə əlavələrin verilməsi qaydası tamamilə ləğv olunsun. Vahid əmək haqqı ilə bağlı tarif müəyyən olunsun. Prezident hər dəfə əmək haqqının artırılması ilə bağlı sərəncam imzaladıqda bu, hamıya şamil olunsun”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv