Son xəbərlər
19 NOYABR
18 NOYABR
16 NOYABR
15 NOYABR
SOSİAL

BANM-da BP-nin “Skills Refinery” Proqramının təqdimatı olub

<b>BANM-da BP-nin “Skills Refinery” Proqramının təqdimatı olub</b>

Bakı Ali Neft Məktəbində (BANM) BP şirkətinin tələbələrin işlə təmin olunma imkanlarının artırılmasına yönəlmiş, yeni qlobal onlayn portal olan “Skills Refinery” (“Bacarıqların təkmilləşdirilməsi”) proqramının təqdimatı keçirilib

Trend-in məlumatına görə, təqdimat BP şirkətinin İnsan resursları şöbəsinin məzun və təcrübə proqramları üzrə mütəxəssisi Mehriban Şıxzamanova, işə götürmə üzrə koordinator Səbinə Vəliyeva, insan resursları üzrə daha bir əməkdaş Əli Dəmirzadə və şirkətin sosial investisiyalar üzrə mütəxəssisi Babək Həmidov tərəfindən aparılıb. Təqdimatda BANM-ın “Neft-qaz mühəndisliyi” və “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisaslarının tələbələri iştirak ediblər.
Təqdimatın əsas məqsədi tələbələrin öz bacarıqlarını gələcəyin tələblərinə uyğunlaşdırmasına və daim dəyişməkdə olan dünyada uğur qazanmaları üçün lazımi bacarıqlara yiyələnməsinə dəstək olmaqdır. “Skills Refinery” tələbələrdə beş bacarıq sahəsində - kritik məsələlərin həlli, innovasiya, təsir və ünsiyyət, koqnitiv çeviklik və emosional intellekt sahələrində öz qabiliyyətlərini sınamaq və inkişaf etdirmək fürsəti verir.
Məzun və təcrübə proqramları üzrə mütəxəssis Mehriban Şıxzamanova tələbələr qarşısında çıxışı zamanı bildirib ki, “Skills Refinery” tələbələrə özlərini sınamağa, interaktiv yoxlamalardan istifadə etməklə bacarıqlarını təkmilləşdirməyə, nailiyyətlərini izləməyə imkan verir.
Təqdimat sual cavab sessiyası ilə yekunlaşıb.
Qeyd edək ki, “Skills Refinery” proqramının üzvləri üçün rəqabət və həyəcan hissini artırmaq məqsədilə BP şirkəti tərəfindən qlobal yarış təşkil olunacaq. Tələbələr video təqdimat yolu ilə ölkə səviyyəsində yarışmaq üçün qruplar təşkil etməli olacaqlar. Ölkə səviyyəsində qalib gələnlər yarışmanı 2019-cu ildə “One Yound World” Ümumdünya gənclər sammitinin 10-cu ildönümü münasibətilə Londonda keçiriləcək zirvə toplantısına eksklüziv səyahət qazanmaq fürsəti uğurunda qlobal yarışmaya qatılacaqlar.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv