Son xəbərlər
19 NOYABR
18 NOYABR
16 NOYABR
15 NOYABR
MƏDƏNİYYƏT

Nazir: İşğal altındakı torpaqlarımızda teatr binaları da dağıntıya məruz qalıb

<b>Nazir: İşğal altındakı torpaqlarımızda teatr binaları da dağıntıya məruz qalıb</b>

Azərbaycan dövləti daim teatr sənətinə böyük diqqət yetirib və yetirməkdə davam edir

Trend-in məlumatına görə, bunu V Bakı Beynəlxalq Teatr Konfransının açılış mərasimində çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev deyib.
Onun sözlərinə görə, artıq 147-ci ilini yaşayan Azərbaycan teatrı bu gün ölkəmizi xaricdə layiqincə təmsil edir: "Azərbaycan teatrının tarixi bu gün Dövlət İrəvan Teatrının 135 illik tarixindən kənarda düşünülə bilməz. Bu gün teatr xalqımızın başına gələn bəlalardan da kənarda qalmayıb. Azərbaycanın torpaqlarının 20 faizi işğal altındadır. Bu torpaqlarda təkcə mədəni sərvətlərimiz, abidələrimiz dağıdılmayıb, oradakı teatr binalarına da ziyan dəyib. İrəvan, Ağdam, Füzuli, Şuşa teatrları bu gün Azərbaycan dövlətinin diqqəti və qayğısı sayəsində başqa yerlərdə yenə də öz yaradıcılıq fəaliyyətini dayandırmırlar. Bu fəaliyyət cəmiyyətə sübut edir ki, sənət ölməzdir, daimidir".
Ə.Qarayev deyib ki, bu gün Azərbaycan teatrı yalnız Bakıda deyil , regionlarda da inkişaf edir. Yaxın vaxtlarda Gənc Tamaşaçılar Teatrının 90 illiyi qeyd olunacaq: "Bu gün Azərbaycanda 26 dövlət teatrı ilə yanaşı, bizim layihələrlə zəngin olan Üns Teatrı, bələdiyyə teatrları var. Biz bütün teatrların fəaliyyətinin dəstəklənməsinə xüsusi önəm veririk və bundan sonra da verəcəyik".









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv