Son xəbərlər
19 NOYABR
18 NOYABR
16 NOYABR
15 NOYABR
İDMAN

Karateçilərimiz 24-cü dünya çempionatına yola düşür

<b>Karateçilərimiz 24-cü dünya çempionatına yola düşür</b>

Karateçilərimiz Madriddə keçirilən 24-cü dünya çempionatına yola düşür

Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi inzibati heyətdə birinci vitse-prezident Fərid Əsgərov, vitse-prezident Rəhman Hətəmov, Baş katib MirHəsən Seyidov, Baş hakim və beynəlxalq hakim Cahangir Babayev, Media və ictimaiyyətlə işlər katibi Sənan Məhərrəmov, həkim Pərvin Əkbərov yer alıb.
Azərbaycan Milli Karate Federasiyasından Trend-ə verilən məlumata görə, iki ildən bir keçirilən dünya çempionatında 20 idmançımız iştirak edəcək. 10 fərdi çəki dərəcəsi və kata yarışlarından başqa, karateçilərimiz kişi və qadınların komanda kumite çıxışlarında, eləcə də kişilərin komanda kata turnirində mübarizə aparacaq. Baş məşqçilər Şahin Xudaverdiyev (kişilər), Anar Allahverdiyev (qadınlar), Vahid Ayvazov (kata), o cümlədən böyük məşqçilər Qurban Tağıyev, Seymur Hüseynov, Rəşad Hüseynov, məşqçi Denis Morozov, fiziki hazırlıq üzrə məşqçi Oqtay Məmmədov kumite və kata yarışlarında milli komandamızı müşayiət edəcəklər.
Fərdi yarışlara Firdovsi Fərzəliyev (-60 kq) Rafiz Həsənov (-67 kq), Rafael Ağayev (-75 kq), Ayxan Mamayev (-84 kq), Şahin Atamov (+84 kq), Roman Heydərov (kata), həmçinin Neda Rezai (kata), Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq), Fəridə Abiyeva (-61 kq), İrina Zaretska (-68 kq) və Fəridə Əliyeva (+68 kq) daxil edilib. Komanda kumite yarışlarında onlara Pənah Abdullayev, Turqut Həsənov, Murad Hacızadə və Asiman Qurbanlı da qatılacaq. Komanda kata turnirində isə Rövşən Əliyev, İsmayıl Quliyev və Tural Balcanlıdan ibarət heyət çıxış edəcək. Onlardan başqa Sahib Əhədov, 33 ölkədən 106 idmançının qatılacağı para-karate üzrə dünya çempionatına qatılacaq.
Karate üzrə 24-cü dünya çempionatında rekord sayda, 140 ölkədən 1147 idmançı iştirak edəcək. Onlar həmçinin Tokio olimpiadasına lisenziya verən reytinq xalları uğrunda mübarizə aparacaqlar. İctimai Televiziya və Radio Yayımları Şirkəti dünya çempionatının finalları və bürünc medal görüşlərini, eləcə də mükafatlandırma mərasimlərini canlı yayımlayacaq. İspaniyanın paytaxtına 3 noyabrda yola düşən heyət 13 noyabr tarixində Bakıya dönəcək.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv