Son xəbərlər
19 NOYABR
18 NOYABR
16 NOYABR
15 NOYABR
SİYASƏT

“Dövlətin vahid əməkhaqqı siyasəti olmalıdır”

<font color=red><b>“Dövlətin vahid əməkhaqqı siyasəti olmalıdır”</b></font>

Qüdrət Həsənquliyev: “Rüsumlar və bütün cərimələr büdcəyə getməlidir və vətəndaşların işinin xüsusiyyətlərinə uyğun olaraq onlara əməkhaqqı təyin olunmalıdır”

“Qanun layihəsində “ölmüş zərərçəkmiş” terminini düzgün işlətmirik. Vaxtilə bu məsələ komitədə də müzakirə olunanda mən fikrimi bildirmişdim. Zərərçəkmiş şəxs hüquq və vəzifələri olan prosesin iştirakçısıdır. Yəni bu canlı şəxsdir”.
Bu fikirlıəri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında səsləndirib. O bildirib ki, ona görə də ölmüş zərərçəkmiş şəxs ola bilməz: “Əgər cinayətin qurbanı ölürsə, o halda onun yaxın qohumları, yaxud hüquqi varisi zərəçəkmiş şxəs kimi tanınır. Yenə də deyirəm zərərçəkmiş şəxs hüquq və vəzifələri olan proses iştirakçısıdır. Ona görə də hesab edirəm ki, burada cümlə belə başlamalıdır: “Zərərçəkmiş şəxs ölərsə, onuinm hüquqi varisi kimi, yaxud hüquqi variqi qismində tanınmış vəkil tərəfindən göstərilən hüquqi yardımın ödənilməsi də məhkəmə tərəfindən məhkumun üzərinə qoyulduğu hallar istisna olmaqla Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin edilir. Yəni bu halda fikir daha aydın olur. Əgər cinayətin qurbanı ölürsə o zərərçəkmiş şəxs kimi tanlınmır. Ona görə də ölmüş zərərçəkmiş şəxs deyə bilmərik. Cinayətin qurbanı ölürsə onun yaxınları zərəçəkmiş şəxs kimi tanınır. Onun üçün “ölmüş zərərçəkmiş şəxs” ifadəsinin əvəzinə “zərərçəkmiş şəxs ölərsə onun hüquqi varisi kimi” fikri ifadə olunsun”.
Millət vəkili “Dövlət rüsumu haqqında” qanun layihəsi ilə bağlı da fikirlərini bölüşüb. Bildirib ki, bu məsələ ilə bağlı da mən bir dəfə Milli Məclisdə çıxış eləmişdim: “Söhbət ondan gedir ki, biz indi də qida təhlükəsizliyi sahəsində fəaliyyət gösdtərən orqan tərəfindən göstərilən xidmətlərə görə, ödənilən dövlət rüsumunun 50 faizi müəyyən icra hakimiyyətinin müəyyən etdiyi orqanın xəzinə hesabına köçürülür. Qalan hissəsi isə dövlət büdcəsinə ödənilir. Hörmətli millət vəkilləri, mən ümumiyyətlə bu cür yanaşmanı doğru hesab eləmirəm və bu barədə də danışmışam. Biz vaxtilə dövlət yol polisi, digər cərimə təyin edə bilən, rüsum toplaya bilən Gömrük Komitəsinin, vergilər Nazirliyinin əməkdaşları ilə bağlı da analoji qanunlar qəbul eləmişik. Mən, hər zaman söyləmişəm ki, biz, bununla sosial ədaləti cəmiyyətdə pozmuş oluruq. İndi hörmətli Hadi Rəcəbli burada iştirak edir, yəqin o da münasibət bildirər. Dövlətin ümumiyyətlə vahid əməkhaqqı siyasəti olmalıdır. Bütün dünyada əməkhaqqı hansı meyarlar əsasında müəyyənləşir? Ya yüksək ixtisas, intellekt tələb edən əmək fəaliyyəti, ya da həyat və səhhət üçün böyük risklər yaradan fəaliyyət sahələri ki, burada söylədiyim kimi yüksək əməkhaqları təyin olunur. Tutaq ki, Gömrük Komitəsinin əməkdaşı rüsum toplayırsa, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşı rüsum toplaya bilirsə, məsələn Milli Məclisin aparatının əməkdaşı rüsum toplaya bilmir. Yaxud Dövlət Yiol Polisinin əməkdaşı cərimə təyin edə bilir. Bəzən onlar əməkhaqları qədər, bəzən hətta ondan da çox miqdarda bu rüsumlara görə, əlavə maaş alırlar. Bəs bu nə dərəcədə ədalətlidir? İndi o insanlar qanunları pozmasınlar deyə, yaxud çox rüsum toplasınlar, cərimə təyin eləsinlər deyə biz onları situmullaşdırırıq ki, məsələn yol polisinin əməkdaşı sürücüyə ən xırda pozuntuya görə, cərim təyin edir, ona görə ki, o cərimədən sənə 25 faiz vəsait gələcək. Düşünmürəm, dövlət situmullaşdırmalıdır öz məmurlarını ki, onlar bu formada fəaliyyət göstərsinlər. Onların əlbəttə çəkdiyi zəhmətə görə əməkhaqqı ödənilməlidir. Rüsumlar və bütün cərimələr də büdcəyə getməlidir və vətəndaşların da dediyim kimi, işinin xüsusiyyətlərinə uyğun olaraq onlara əməkhaqqı təyin olunmalıdır. İndi bu yeni bir sahənin əməkdaşlarına yenə də biz bu hüquqları veririk. Amma mən düşünürəm ki, bunu eləməklə, səmimi şəklidə deyirəm biz, digər dövlət qulluqçularına münasibətdə ciddi şəkildə ədalətsizliyə tol vermiş oluruq”.
Millət vəkili həmçinin Cinayət Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı da fikirlərini bölüşüb: “Düşünürəm ki, biz bu məsələni çox götür-qoy eləməliyik. Ona görə ki, cinayətkarlığa qarşı mübarizə ilə əlaqədar olaraq bu xərclər büdcədən ayrılır və dövlət tərəfindən ödənilir. Yən eyni məntiqlə biz yanaşsaq onda hörmətli Əli Hüseynov, gərək penitensiar sistemin əməkdaşlarının saxlanma xərclərini də, polisin, prokurorluq orqanlarının saxlanma xərclərini də biz, məhkumların, yaxud cinayət yolu ilə təqib olunan şəxslərin üzərinə qoyaq. Ona görə ki, onlar cinayət törətməsələr heç prokurorluğa da, polisə də, penitensiar sistemə də ehtiyac olmaz. Onların orada saxlanma xərcləri var. Dövlət hər bir məhbusa görə pul ayırır. Bütün bu xərclərin hamısını isə dövlət çəkir. Ona görə də bu xərclərin məhkumun üzərinə qoyulması hesab edirəm ki, ümumniyyətlə doğru yanaşma deyil. Ona görə də düşünrəm ki, biz bu məsələni ciddi şəkildə götür-qoy etməliyik. Eyni məntiqlə yanaşsaq dediyuim kimi, onda gərək bütün bu xərclərin hamısını biz məhkumların üzərinə qoyaq”.
BAXCP sədri Azərbaycan Respublikası Milli Məclisinin daxili nizamnaməsində dəyişiklik edilıməsi haqqında qanun layihəsi ilə bağlı da danışıb: “Mən birinci kiçik həcmli olduğuna görə fikirlərimə deputat statusu haqqında qanunla bağlı başlamaq istəyirəm. 9-cu maddənin 2-ci hissəsinin 2-ci və 4-cü bəndlərindən və əlavələr sözləri çıxarılır. Bu o deməkdir ki, deməli əvvəl millət vəkilləri həm qanun layihələri həm qanun layihələri, həm dəyişikliklər, həm də əlavələr təqdim edə bilərdi. İndi əlavələr çıxarılır və verilən izahata görə, qanunlara əlavələrin edilıməsi, həm də elə qanunların dəyişdirilməsi demıəkdir. Ona görə də bu əlavələr sözü buradan çıxarılır. Mən komitənin iclasında da çalışdım bunu izahını verim ki, bizim konstitusiyanın özündə 2 fəsil var. Bir fəsil dəyişikliklər, digər fəsil konstitusiayaya əlavələrin edilməsi adlanır. Yəni bu artıq konstitusion norma, konstitusion termin kimi bizim hüquqi leksikonumuzda, terminologiyada bu var. Dəyişiklik konstitusiyada da yazılıb ki, normanın mətnində dəyişikiliyin edilməsidir və konstitusiyada da bu rteferendum yolu ilə baş verir. Əlavələr isə dediyim kimi yeni normaların qanuna daxil edilməsi ilə bağlıdır. Tutaq ki, mən pasportlar haqqında qanun layihəsinə əlavə elədim ki, Mərkəzi Seçki Komissiyasının üzvlərinə də diplomaik pasportlar verilsin. Bu əlavədir, biz orada hansısa normanı dəyişmirik. Amma bu əlavələrin buradan çıxarılmasını mən başa düşmədim. Bunu komitənin iclasında işçi qrupunun üzvləri, ekspertlər tərəfindən müzakirə etməyə çalışdılar ki, bəs bu normativ hüquqi aktlar haqqında konstitusiya qanunununda əlavələr nəzərdə tutulmayıb. Əvvəla konstitusiya qanunları konstitusiya ilə ziddiyyət təşkil ertməməlidirlər. Bu konstitusiyanın birbaşa tələbidir və həm də konstitusiya ölkə ərazisində ən yüksək hüquqi qüvvəyə malik olan sənəddir. İkinci normativ hüquqi aktlar haqqında qanununun 19-cu maddəsində yazılıb ki, norma yaratmaq təşəbbüsünün subyektləri onlara verilmiş səlahiyyətlərə uyğun olaraq normativ hüquqi aktın layihəsinin və onun hər hansı strukltur elementinin qəbul olunması, akta dəyişiikliklər edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ləğv edilməsi zərurəti haqqında təklifi bu konstitusiya qanununun 48-ci maddəsinə uyğun olaraq təqdim edir. Demək burada normativ hüquqi aktın layihəsi bu qanun layihəsi deməkdir. Onun hər hansı struktur elementinin qəbul olunması da elə bu əlavələr deməkdir. Ona görə ki, onun dalınca akta dəyişikliklərin edilməsi gəlir. Ona görə də mən, “Deputat statusu haqqında qanun”un - deputatın səlahiyyətinin əlindən alınması ki, qanuna əlavələr təklif edə bilməz - sözün doğrusu mən bunu heç cür başa düşə bilmirəm. Komitədə də bu məsələni qaldırsam da bunun normal izahını, çox təəssüf ki, heç kim vermədi. İndi də keçək daxili nizamnamə ilə bağlı məsələyə. Daxili nizamnamənin elə birinci maddəsi onunla başlayır ki, Milli Məclisin fəaliyyətinin əsas prinsiplərini həm də siyasi plüralizm və çoxpartiyalılıq təşkil edir. Amma nizamnamənin digər bütün normalarında heç bir yerdə bu çoxpartiyalılığın fəaliyyətin əsasını təşkil etməsi hər hansı formada görsənmir və öz əksini tapmır. İstər Milli Məclisin komitələrinin, istər Milli Məclis rəhbərliyinin formalaşdırılmasında və s. Ona görə də düşünürəm kmi, biz bu barədə ciddi düşünməliyik. Yəni bu nizamnaməni əslində tamamilə yenidən işləyə bilərdik. Bu məncə daha doğru olardı.
Bundan başqa burada yeni məsələlər gündəmə gətirilib. Məslən ictimai dinləmələrin və ictimai müzakirələrin keçirilməsi ilə bağlı. Sanki bunların – ictimai dinləmələrlə, ictimai müzakirələrin mahiyyəti eyniləşdirilir. Amma bu ictimai dinləmə ola bilməz. Əvəllər məsələn, deputat istintaq komissiyaları yaradılırdı, yaxud hər hansı bir komissiya yardıla, komitəyə tapşırıla bilər ki, bu və ya digər hadisənin və ya faktın araşdırılması üçün vəzifəli şəxslər, yaxud digər vətəndaşlar həmin komissiyaya, yaxud komitəyə dəvət olunsun və onlar dinlənilsin. Dinləmə budur. Dünyanın hər yerində parlamentlərdə bu cür dinləmələr keçirilir. Amma ictimai müzakirə - bu başqa məsələdir ki, qanun layihəsi ictimai müzakirəyə çıxarılır, Qetri Hökumət Təşkilatlarının, ayrı-ayrı dövlət orqanlarının, ictimaiyyətin nümayəndələri dəvət edilir və o müzakirələrə qatılırlar. Yəni 7.2-ci maddədə ictimai dinləmənin mahiyyəti ilə, ictimai müzakirənin mahiyyəti qarışdırılır. Xahiş edirəm ki, 7.2-ci maddəyə diqqət yetirin. Bundan başqa ən vacib məsələıər barəsində fikrimi bildirmək istəyirəm. 13-cü maddəylə bağlı məsələ çox ciddi məsələdir. Burada biz qeyd edirik ki, deputatın iclasda iştirakı mümkün olmadıqda bu məsələyə onun iştirakı olmadan baxıla bilər. Söhbət nbədən gedir? Söhbət ondan gedir ki, yəni intizam komissiyası tərəfindən deputatın mandatdan məhrum olunması ilə bağlı məsənin müzakirəsi. Necə ola bilər ki. deputatın madatı əlindən alınır, xalq ona mandat verir və biz deyirik ki, onun iştirakı olmadan. Onda gərək o halların hansı hallar olmasını da yazaq. Amma məncə burada məsələ belə qoyulmalıdır ki, deputat özü iştirakdan imtina etdikdə onun iştirakı olmadan bu məsələyə baxılır. Yəni necə deputatın iştirakı olmadan bu məsələni müzakirə etmək olar? Yaxud 23.2-ci maddəyə 2 maddə əlavə edilir ki, Milli Məclis hansı hallarda buraxılır? Ümumiyyətlə onun daxili nizamnaməyə daxil edilməsinə ehtiyac yoxdur . 23.2 bizim həlletməli olduğumuz məsələ deyil. Onun daxili nizamnamədə öz əksini tapması və yəni konstitusion normanın götürülüb tamamilə daxili nizamnaməyə əlavə edilməsi başa düşülən deyil. Bir də burada intizam məsuliyyətinə cəlb etməkıə bağlı məsələrə də toxunmaq istəyirəm. Biz bir neçə yerdə “parlamentdaxili məsuliyyətə cəlb olunma” ifadəsini işlədirik. Parlamentdaxili məsuliyyət deyilən bir hüquqi termin yoxdur. O zaman digər orqanlar da, məsələn “Prezident Administrasiyası daxili məsuliyyətə cəlb olunma”, “Nazirlər Kabineti daxili məsuliyyətə cəlb olunma” ifadəsini yazmalıdırlart? Burada intizam məsuliyyətindən söhbət gedir. Axırda da intizam tənbeh tədbiri tətbiq olunur. Burada parlamentdaxili məsuliyyətə yox, intizam məsuliyyətinə cəlb olunan deputat barəsində ifadəsi yazılmalıdır. Sonra deputatlığa xitam verilməsi ilə bağlı - burada söhbət ondan gedir ki, cinayət törətdikdə onun toxunulmazlığına xitam məsələsində də yenə də eyni qaydada yazırıq ki, deputat iştirak edə bilmədikdə onun iştirakı olmadan məsələyə baxılır. Yenə də mən bu fikirdəyəm ki, əgər deputat özü iştirak etməkdən imtina eləmirsə o halda onun iştirakı mütləq təmin olunmalıdır. Ona görə ki, o cinayət məsuliyətin cəlb olunur, onun toxunulmazlığı aradan qaldırılır. Bu halda deputatın iştirakı zəruridir. Bəlkə 2 nəfər deputatı şərləyir? Necə onun özünü dinləmədən, fikirlərini öyrənmədən, onun – xalqın seçdiyi çəxs barəsində bu cür qərar vermək olar. Sonra bu intizam komissiyasının özü ilə bağlı. Hər il intizam komissiyası yenilənir. Mən dedim ki, bunu 5 il müddətinə seçək. Özü də yaxşı olar ki, intizam komissiyasının üzvləri həm dövlət quruculuğu və hüquq siyasəti komitəsinin üzvlərindən, bir də insan hüquqları komissiyasının üzvlərindən olsun. Niyə? Ona görə ki, onlar insan hüquqları üzrə ixtisaslaşıblar. Dövlət quruculuğu, hüquq siyasəti komitəsi də qanunlaırn tətbiqi ilə əlaqədar olaraq ixtisaslaşmış bir komitədir. Bunlar peşəkarlardır. Biri qanunun tətbiqi ilə bağlı düzgün yanaşa bilər, digəri isə insan hüquqlarını önə çəkə bilər və s. Məncə bu doğru olıar. Özü də 9 nəfərdən yox, hesab edirəm ki, bu intizam komissiyasının üzvləri də 13 nəfərə çatdırılmalıdır. Bir də intizam komissiyasının rəyi əsasında MSK-nın qərar verib deputatı mandatdan məhrum etməsi hesab edirəm ki, qətiyyən düz deyil. İntizam komissiyasının rəyi mütləq Milli Məclisdə müzakirə olunmalıdır və Milli Məclisin qərarı artıq Mərkəzi Seçki Komissiyasına göndərilməlidir. Sonda fraklsiyaların yaradılması ilə bağlı məsələyə də toxunmaq istəyirəm. Bizdə parlamentdə 25 nəfər fraksiya yarada bilər. Biz Cənubi Qafqazda, ümumiyyətlə regionda tək dövlətik ki, parlamentdə fraksiya yoxdur. Ona görə də bu sayı 10 nəfərə endirmək lazımdır ki, Azərbaycan parlamentində də fraksiyalar olsun. Yəni bizim parlamentimizin imici, görünüşü hamımızı narahat eləməlidir. Ona görə ki, bu dövlətimizin birbaşa həm də imicinə bağlı olan məsələdir. Bir də hesab edirəm ki, bu daxili nizamnamədə o da öz əksini tapmalıdır ki, biz burada yazırıq ki, Nazirlər Kabineti, Hesablama Palatası hesabat verir. Bu hesabatların nəticələri qeyri-qənaətbəxş hesab edilərsə, etimadsızlıq göstərilərsə bu halda hansı hüquqi nəticələr doğurur? Biz burda yazmırıq. Amma konstitusiyada yazılıb ki, il ərzində Nazirlər Kabinetinə biz 2 dəfə etimadsızlıq göstərsək Milli Məclias buraxıla bilər. Bu o deməkdir ki, artıq məntiqi nəticə bu çıxır ki, biz etimadsızlıq göstəririksə Nazirlər Kabineti mütləq buraxılıb, yenidən formalaşdırılmalıdır. Və 1 il ərzində ikinci dəfə bunu ediriksə artıq Nazirlər Kabinetinin işləməsinə imkan vermirik ki, bu özünü təsdiq edə bilsin. Ona görə də prezidentə o səlahiyyət verilir ki, prezident bu halda Milli Məclisi buraxsın”.

Əli









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv