Son xəbərlər
20 OKTYABR
19 OKTYABR
18 OKTYABR
17 OKTYABR
16 OKTYABR
DÜNYA

Şimali Koreya 3,3 trilyon dollar dəyərində mineral ehtiyatlara sahibdir

<b>Şimali Koreya 3,3 trilyon dollar dəyərində mineral ehtiyatlara sahibdir</b>

Koreya Xalq Demokratik Respublikası (KXDR) 3,3 trilyon ABŞ dolları dəyərində təbii ehtiyatlara malikdir

Bu Cənubi Koreyadakı mineral ehtiyatlardan 15 dəfə çoxdur.
AZƏRTAC Cənubi Koreyanın Ehtiyatlar Korporasiyasının hesabatına istinadla xəbər verir ki, KXDR ərazisində 6 milyard tonluq maqnezit, 5 milyard tonluq dəmir filizi, 2 milyon tonluq qrafit, 250 min tonluq volfram ehtiyatları vardır. Şimali Koreya bu yataqların işlənməsi üçün xarici investorlarla 40 müqavilə imzalayıb ki, onların da 90 faizi Çin şirkətidir.
Bildirilir ki, 2000-ci ildə Koreyalararası sammitdən sonra Cənubi Koreya KXDR-dəki mineral ehtiyatların kəşfiyyatı ilə bağlı işlərə başlasa da, iki ölkə arasında siyasi gərginlik səbəbindən bu işlər dayandırılıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv