Son xəbərlər
20 OKTYABR
19 OKTYABR
18 OKTYABR
17 OKTYABR
16 OKTYABR
HADİSƏ

Bakı Ali Neft Məktəbində III Avrasiya konfransı keçiriləcək

<b>Bakı Ali Neft Məktəbində III Avrasiya konfransı keçiriləcək</b>

Bakı Ali Neft Məktəbində (BANM) Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyanın (IAEE) təşkilatçılığı ilə “Xəzər və Mərkəzi Asiya regionunun enerji sənayesində qlobal inkişafın nəticələri” mövzusunda III Avrasiya konfransı keçiriləcək

18-20 oktyabr tarixlərində baş tutacaq konfrans BANM-ın təşkilatı dəstəyilə həyata keçirilir.
Konfransda Avrasiya məkanında enerji təhlükəsizliyinə qlobal çağırışlar: tələb və təklif troblemi, enerji bazarları və tənzimləmə, elektrik enerjisi təchizatının dayanıqlığı, Avrasiyada enerji səmərəliliyi: Ənənəvi enerji, alternativ enerji və istilik təchizatı, təbii qazdan istifadə: İnnovasiyalar və sənayenin inkişafı kimi mövzulara toxunulacaq.
Konfransda nüfüzlu beynəlxalq təşkilat və şirkətlərlə yanaşı İqtisadiyyat Nazirliyinin, Energetika Nazirliyinin, SOCAR-ın, Bakı Ali Neft Məktəbinin, BP-nin, “Cənub Qaz Dəhlizi“ QSC-nin və digər müəssisə və şirkətlərin rəhbərlərinin iştirakı nəzərdə tutulur.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv