Son xəbərlər
20 OKTYABR
19 OKTYABR
18 OKTYABR
17 OKTYABR
16 OKTYABR
MEDİA

Azərbaycanlı jurnalist ermənilərin işğalçılıq siyasətindən yazdı - Misir mətbuatında

<b>Azərbaycanlı jurnalist ermənilərin işğalçılıq siyasətindən yazdı - Misir mətbuatında</b>

Azərbaycanın tanınmış jurnalisti, "Xalq Cəbhəsi" qəzetinin müxbiri Cavid Şahverdiyevin Misirin nüfuzlu http://www.shbabalnil.com saytında Ermənistanın işğalçılıq siyasəti ilə bağlı yazısı çap edilib

Yazıda ermənilərin Azərbaycanın torpaqlarını işğal etmələri, Xocalı soyqırımının törədilməsi, erməni vəhşilikləri, şəhidlər, itkin düşən soydaşlarımız, dəyən ziyan, işğal altında olan torpaqlarımızda mədəni və tarixi abidələrimizin məhv edilməsi, dağıdılması, BMT Təhlükəsizlik Şurasının işğalçı ordunun Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması ilə bağlı 4 qətnamənin qəbul edilməsi qeyd edilib.
Yazıda bildirilib ki, 1994-cü ildə əldə edilən atəşkəs razılığına baxmayaraq, Ermənistan tərəfi hər gün təmas xəttində atəşkəsi pozur və hətta mülki əhalini belə güllələməkdə davam edir. Qeyd olunub ki, BMT qətnamələrinin qəbul edilməsinə baxmayaraq, dünya birlikləri Ermənistanın işğalçılıq siyasətinə bu günədək göz yumurlar, onu müdafiə edirlər. Münaqişənin tənzimlənməsi məqsədilə yaradılan ATƏT-in Minsk qrupu isə bu vaxtadək daim ermənipərəst mövqe sərgiləyib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv