Son xəbərlər
12 NOYABR
10 NOYABR
08 NOYABR
07 NOYABR
HADİSƏ

Azəriqaz: Abonentlərin sayı 2 milyonu ötüb

<b>Azəriqaz: Abonentlərin sayı 2 milyonu ötüb</b>

2018-ci ilin yanvar-avqust ayları ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 55 689 yeni abonent qeydiyyata alınıb

İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, yeni abonentlərin 34 002-i Bakı, Abşeron və Sumqayıt, 21 687-i isə regionlar üzrədir.
Yeni abonentlərin sayının artmasında abonent bazasının daha da genişləndirilməsi istiqamətində işlərin aparılması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpa edilməsi, həmçinin təbii qazla təmin olunmuş ərazilərin genişlənən hissələrindəki fərdi yaşayış evlərinin qazlaşdırılması olub.
Bundan başqa, Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə abonentlərin qaz təchizatının yaxşılaşdırılması məqsədilə qaz kəmərlərinin yenidən qurularaq şəbəkənin genişləndirilməsi istiqamətində görülən məqsədyönlü işlər öz müsbət nəticəsini göstərib.
Aparılan işlər nəticəsində ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 149 772-ə çatıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv