Son xəbərlər
21 SENTYABR
20 SENTYABR
19 SENTYABR
SİYASƏT

Türkiyə rəsmisi: Bakının işğaldan azad edilməsinin 100-cü ildönümünü qeyd etməklə birlikdə olmağımızın ildönümünü qeyd edirik

<b>Türkiyə rəsmisi: Bakının işğaldan azad edilməsinin 100-cü ildönümünü qeyd etməklə birlikdə olmağımızın ildönümünü qeyd edirik</b>

Bu gün Bakıda Türkiyə və Azərbaycanın ortaq tarixinin birlikdə qeyd edilməsindən çox məmnunam

Trend-in məlumatına görə, bunu Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Əhməd Haluk Dursun "Bakının erməni-bolşevik işğalından azad edilməsinin 100 illiyi" mövzusunda keçirilən simpoziumda bildirib.
Onun sözlərinə görə, türk xalqları böyük çoğrafi ərazilərin sahibidirlər: "Biz ortaq bir coğrafiyanın qardaşlarıyıq. Biz birlikdə olmalıyıq. Əgər biz birlikdə olsaq, onun nəticələri də çox sağlam olar. Bakının işğaldan azad edilməsinin 100-cü ildönümünü qeyd etməklə birlikdə olmağımızın ildönümünü qeyd edirik".
Nazir müavini əlavə edib ki, bizim ən böyük işimiz həqiqətləri gələcək nəsillərə düzgün çatdırmaq olmalıdır: "Keçmişdən dərs çıxarmalıyıq, ondan ibrət götürməliyik. Bu, bizim üçün çox önəmli bir vəzifədir".









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv