Son xəbərlər
21 SENTYABR
20 SENTYABR
19 SENTYABR
SOSİAL

Şəkərli diabet ilə mübarizə aparanlar mükafatlandırılacaq

<b>Şəkərli diabet ilə mübarizə aparanlar mükafatlandırılacaq</b>

“Azerbaijan Changing DiabetesTM Awards 2018” adlı layihə çərçivəsində yaradılmış müşavirə şurasının ekspertləri ölkədə şəkərli diabetlə mübarizə sahəsində fəaliyyət göstərən, bu istiqamətdə müxtəlif təşəbbüslərin müəllifi olan, şəkərli diabetlə mübarizədə innovativ yanaşmaların tətbiqi ilə fərqlənən, eləcə də maarifləndirmə işləri aparan insanların mükafatlandırılmasına qərar verib

Müşavirə şurasının ekspertlərinin qərarı ilə “Azerbaijan Changing DiabetesTM Awards 2018” layihəsi çərçivəsində 4 nominasiya üzrə mükafatların təqdim olunacaq.
Hər nominasiyanın qalibi aşağıda göstərilən meyarlar üzrə müəyyənləşdiriləcək:
1. İlin Ən Yaxşı Həkimi
Bu nominasiyada şəkərli diabetlə bağlı elmi toplantılarda aktiv iştirak edən, pasiyentlərinin HbA1c (qlükozlaşdırılmış hemoqlobin) göstəricisini ciddi nəzarət altında saxlayan, milli və beynəlxalq protokollara riayət edən həkimlərə üstünlük veriləcək.
2. İlin Ən Yaxşı Təlimçisi
Bu nominasiya üzrə şəkərli diabeti olan pasiyentlərə keçdiyi diabet təlimlərə, keyfiyyətli tədris apardığına görə seçilən şəxslər mükafatlandırılacaq.
3. İlin İnnovatoru
Bu nominasiyada innovativ, elmi və əhalinin sağlamlığına yönəlmiş layihələrin təşəbbüsçüsü və ya iştirakçısı olan, yeni müalicə üsullarına üstünlük verən şəxslər mükafatlandırılacaq.
4. İlin Ən Yaxşı Jurnalisti
Bu nominasiyada şəkərli diabet ilə mübarizəyə dair məqalə müəllifləri, eləcə də diabet problemlərinin obyektiv işıqlandırılması və həlli yolunda fəallıq göstərən jurnalistlərə üstünlük veriləcək.
Müraciətlər 2018-ci ilin sentyabr ayının 13-dən 5 oktyabra qədər [email protected] ünvanına qəbul ediləcək (məktubu göndərərkən hansı nominasiyaya müraciət olunduğu qeyd olunmalıdır). Bundan sonra ekspertlərdən ibarət komitə üzvləri müraciətləri təhlil edərək, seçilmiş nominantlarla görüşərək, hər nominasiya üzrə qalibləri müəyyənləşdirəcək.
Ötən il mükafatlandırılan iştirakçılar 2018-ci ilin müsabiqəsində iştirak edə bilməzlər.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv