Son xəbərlər
21 SENTYABR
20 SENTYABR
19 SENTYABR
SOSİAL

AMEA prezidenti: Bakının erməni-bolşevik işğalından azad edilməsi Azərbaycan tarixinin ən şanlı hadisələrindəndir

<b>AMEA prezidenti: Bakının erməni-bolşevik işğalından azad edilməsi Azərbaycan tarixinin ən şanlı hadisələrindəndir</b>

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin araşdırılması üçün kifayət qədər işlər aparıblar və həmin dövrlə bağlı yeni faktlar üzə çıxarıblar

Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə "Bakının erməni-bolşevik işğalından azad edilməsinin 100 illiyi" mövzusunda keçirilən simpoziumda deyib.
Bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edildiyini deyən A.Əlizadə bildirib ki, AXC-nin Azərbaycan tarixində müstəsna rolu var: "Bu cümhuriyyətin yaranması dünyaya bir Azərbaycan dövlətinin yarandığını elan edib və tarixə öz adını həkk etdirib".
Akademiya prezidenti Bakının işğaldan azad edilməsində AXC-nin böyük rolunun olduğunu da nəzərə çatdırıb.
A.Əlizadə əlavə edib ki, Bakının işğaldan azad edilməsi AXC-nin paytaxtının Gəncədən Bakıya köçürülməsinə imkan yaradıb: "15 sentyabr 1918-ci ildə Bakı şəhərinin erməni-bolşevik işğalından azad edilməsi Azərbaycan tarixinin ən şanlı hadisələrindəndir. Bakının azad edilməsi ilə şəhər Azərbaycan paytaxtına çevrildi və erməni-bolşevik dəstələrinin xalqımıza qarşı törətdikləri soyqırımlar dayandırıldı".









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv