Son xəbərlər
21 SENTYABR
20 SENTYABR
19 SENTYABR
MƏDƏNİYYƏT

“Mübarızə“ bədii filmin qala-gecəsi keçiriləcək

<b>“Mübarızə“ bədii filmin qala-gecəsi keçiriləcək</b>

Sentyabrın 27-də Park Cinema Flame Towers-də "Mübarızə" bədii filmin qala-gecəsi keçiriləcək

Trend-in məlumatına görə, film Milli Qəhrəman Mübariz İbrahimova və xalqımızın igid oğullarına Qarabağın erməni işğalçılarından azad olunmasında həsr olunur.
Filmin əsas süjet xətti Azərbaycan Milli Ordusunda xüsusi təyinatlı bölmədə xidmət edən Mübariz Hüseynovun ətrafında cərəyan edir. Moskvada yaşayan və ticarətlə məşqul olan Həsən (qəhrəmanımızın qardaşı) erməni diasporası tərəfindən amansızcasına qətlə yetirilmiş və bədbəxt hadisə kimi qələmə verilmişdir. Bu qətlə məharətlə don geydirən ermənilər hadisənin ört-basdır etdiyini düşünsələr də, Mübariz Hüseynov qatillərin izinə Nastya (Həsənlə ticarət əlaqəsi olan biri) adlı qızın vasıtəsi ilə çıxır və baş verən hadisəni araşdırmağa başlayır. Araşdırmalar onu Moskvada şaxələnən erməni diasporası ilə üz-üzə qoyur. Əsl düşmənin kökü səngərlərdə döyüşən erməni əsgərlərinin deyil, əksinə dünya erməniçiliyini inkişaf etdirən və bu yolda cinayətlər törətməkdən belə çəkinməyən erməni lobbisi və diasporasının olduğu üzə çıxır. Qardaşının qətlini araşdırarkən Mübariz ermənilərin Moskvada törətdikləri bir çox cinayətləri ifşa edir və qisas almaq qərarına gəlir. Bu yolda ona uşaqlıq dostu olan Həmzə kömək edir.
Film Bakı, Moskva, Nyu-York, Mayami, Paris və İstanbul şəhərlərində çəkilib.
Ssenari müəllifi və rejissor - Rəşad Süleymanoğlu, bədii rəhbər - Elmar Bayramov, quruluşçu operator - Məhəmməd Ağa, montaj - İlkin Eminov, Səbuhi Sadiqov, Məmmədağa Vəliyev.
Rollarda: Murad Abdullayev, Əli Nəcəfi, Tehranə Bəhruzi, Yalçın Nəzərov, Aleksandra Biryukova, Tural Şəfiyev, Sübhi Fərəcov, Anita Tağıyeva, Yaroslav Trifonov və başqaları.
27 sentyabr-dan film bütün kinoteatrlarda nümayiş olunacaq.
İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv