Son xəbərlər
21 SENTYABR
20 SENTYABR
19 SENTYABR
MEDİA

Minskdə XIII Belarus Beynəlxalq mediaforumu açılır

<b>Minskdə XIII Belarus Beynəlxalq mediaforumu açılır</b>

Belarus İnformasiya Nazirliyi və İttifaq Dövləti Daimi komitəsi tərəfindən təşkil olunur

Bu gün Minskdə "Gələcək naminə tərəfdaşlıq: media məkanı üçün rəqəmsal gündəm" mövzusunda XIII Belarus Beynəlxalq mediaforumu açılır.
TREND İnformasiya Agentliyi foruma dəvət olunub.
Tədbir iştirakçıları arasında TASS İnformasiya Agentliyi, "Belarus Seqodnya", Belarus Dövlət Universitetinin Sosioloji və Siyasi Araşdırmalar Mərkəzi, "Arqumenti i Faktı", "Komsomolskaya pravda", MİR teleradioşirkəti, "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyi, "Rossiyskaya qazeti" və digər KİV-lərin nümayəndələri də var.
Panel sessiyaları və "dəyirmi masa"lar çərçivəsində Avropa, MDB və digər dövlətlərin aparıcı KİV-lərinin təmsilçiləri, həmçinin ekspertlər, dövlət qurumlarının nümayəndələri "Televiziya və yeni şəbəkə texnologiyaları: çağırışlar və ya yeni imkanlar", "İnternet resursları ictimai rəyin formalaşması üzrə səmərəli alət qismində. İnternet resursların sosioloji tədqiqat istiqamətləri", "İttifaq dövləti yeni media əsrində: pozisiyalaşdırma strategiyası" mövzusunda diskussiya aparacaqlar.
Tədbir Belarus İnformasiya Nazirliyi və İttifaq Dövləti Daimi komitəsi tərəfindən təşkil olunur. Forumun təşkilinə MDB iştirakçı ölkələrinin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondu, MDB İcraiyyə Komitəsi, Belarus Xarici İşlər Nazirliyi, Minsk Şəhər İcraiyyə Komitəsi, Belarus Dövlət Universiteti, "ЕсооМ" Analitik Mərkəzi və Belarus Jurnalistlər İttifaqı da dəstək göstərirlər.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv