Son xəbərlər
21 SENTYABR
20 SENTYABR
19 SENTYABR
QHT XƏBƏR

“Bakı Natiqlik Məktəbi” İB layihənin icrasına başlayır

<font color=red><b>“Bakı Natiqlik Məktəbi” İB layihənin icrasına başlayır</b></font>



“Bakı Natiqlik Məktəbi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti institutlarının inkişafına dair təlimlərin təşkili” mövzusunda layihənin icrasına başlayır. Layihə çərçivəsində ilk təlim sentyabrın 15-də, saat 14:00-da Avrasiya Təhsil Mərkəzində (Bakı şəhəri, Yasamal rayonu, İnşaatşılar prospekti 40) keçiriləcək.
Təlimdə KİV və Qeyri-Hökumət Təşkilatlarının rəhbərləri və təmsilçiləri, müxtəlif sahələr üzrə analitik və ekspertlər, politoloqlar, tələbələr iştirak edəcəklər.
Təlim analitik təhlillərdə ölkənin milli maraqlarının necə nəzərə alınmalı olduğunu aşılamaq, mənbələrlə və axtarış sistemləri ilə işləməyin sirlərini öyrətmək məqsədi daşıyır.
Bütövlükdə layihə çərçivəsində reallaşdırılması nəzərdə tutulan təlimlərin iştirakçılarına düzgün danışmağın yolları, debatlarda özünüifadə, kamera qarşısında davranma qaydaları, ictimai xitab və nitq mədəniyyətinin formalaşmasına xidmət edən digər məşğələlər keçiriləcək.
“Bakı Natiqlik Məktəbi” İctimai Birliyinin sədri və layihənin rəhbəri Elçin Mirzəbəylidir.

Əlaqə:

Tel: (12) 434 13 05; (50) 208 28 42
E-mail: [email protected]









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv