Son xəbərlər
15 NOYABR
14 NOYABR
13 NOYABR
MEDİA

“KİV-də Azərbaycan dilinin işlənməsi, qorunması və inkişafı” adlı tədbir keçirilib

<font color=red><b>“KİV-də Azərbaycan dilinin işlənməsi, qorunması və inkişafı” adlı tədbir keçirilib</b></font>

Niyaz Niftiyev: “Dilçilik normalarının pozulması ilə bağlı monitorinqlər aparılıb”

Dünən Beynəlxalq Mətbuat Mərkəzində İntellekt Araşdırmalar Mərkəzinin təşəbbüsü ilə "Kütləvi İnformasiya Vasitələrində Azərbaycan dilinin işlənməsi, qorunması və inkişafı" mövzusunda seminar keçirilib. Seminarda Mətbuat Şurasının İdarə Heyətinin üzvləri, AMEA-nın dilçilik İnstitutunun əməkdaşları və jurnalistlər iştirak edib.
Tədbirdə ilk çıxış edən "Azadinform.az" saytının baş redaktoru, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Niyaz Niftiyev tədbirin Mərkəz tərəfindən həyata keçirilən layihə çərçivəsində baş tutduğunu dilə gətirib. O bildirib ki, layihənin icrası müddətində mətbuatda, mağazaların adında dilçilik normalarının pozulması ilə bağlı monitorinqlər aparılıb, "Kaspi" qəzetində bu mövzuda 12 yazı çap olunub. N. Niftiyev söyləyib ki, dil qaydalarının pozulması ilə bağlı həm saytlarda, həm televiziya, həm də qəzetlərdə problemlər var: "Ekranlarda əsas problem dil üslubu ilə bağlıdır. Televizya sahələrində aparıcı, tərcümə və digərləri ilə bağlı çatışmazlıqlar qalmaqdadır".
AMEA-nına Dilçilik İnstitutunun monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva söyləyib ki, ölkəmizdə 2013-cü ildə dilçiliyin inkişafı ilə bağlı Dövlət Proqramı qəbul olunduqdan sonra vəziyyət xeyli dəyişib, böyük irəliləyişlər var. Dilçilik İnstitutu tərəfindən treninqlərin həyata keçirildiyini deyən S.Əliyeva söyləyib ki, bu treninqlər mətbuatda, eləcə də digər sahələrdə əlverişli nəticələrə malik olub: "Treninqlərə bütün televiziyalarda çalışanlar, xüsusilə də xəbər aparıcıları cəlb olunub. Treninqlərin sonunda fərqlənən aparıcılara Sertifikatlar da təqdim olunub".
Şöbə müdirinin sözlərinə görə, televiziya, saytlara yeni əməkdaş gəldikdə özü ilə yeni nitq gətirir: "Ən böyük problem nitq mədəniyyətinin aşağı səviyyədə olmasıdır ki, bu da mütaliə ilə bağlıdır. Aparıcı televiziyada düzgün tələffüz forması nümayiş etdirməlidirlər. Çünki onlar evlərə birbaşa canlı təsir vasitələridir".
Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli isə çıxışında bildirib ki, bu cür tədbirlərin keçirilməsi Mətbuat Şurasının işinə dəstəkdir: "Bildiyiniz kimi Mətbuat Şurası tərəfindən də mediada vəziyyətlə bağlı monitorinqlər keçirilir. Mətbuat dedikdə təkcə çap deyil, bütün mətbuat, eləcə də müasir vasitələri də nəzərdə tuturuq. Elektron, sosial mediaya baxanda klassik mediada vəziyyətin yaxşı olduğunu görmək mümkündür. Ən böyük problem sosial mediadadır. Bəzən gənclər salam əvəzinə "slm", təşəkkür sözünün əvəzinə "tşk" yazır. Biz bununla dilimizi hara aparırıq?".
Sədr müavini qeyd edib ki, hazırda dünyada gün ərzində istehsal olunan informasiya ötən 5 il ərzində istehsal olunan informasiya ilə eyni həcmdədir: "Lakin dilin korlanmasına onun qrammatikasına, leksikasına toxunmaq olmaz. Bu gün müasir jurnalistika fəaliyyəti var. Əvvəllər uzun şəkildə ifadə olunan məsələ indi qısa şəkildə cəmiyyətə çatdırıla bilir. Televiziyalarda vəziyyət bərbaddır. Televiziyalarda şou proqramlarda çox böyük və ciddi problemlər var. Bu problemlərin qaldırılmasında ənənəvi jurnalistika yardımçı olmalıdır. Dil necədirsə, onu olduğu kimi yaşatmalıyıq. Dili strukturundan mahiyyətindən çıxartmaq olmaz".
Tədbirin davamında çıxış edən natiqlər qeyd ediblər ki, Azərbaycan dilini, onun zənginliyi hər kəs tərəfindən qorunmalıdır. Vurğulanıb ki, Azərbaycan dilinin səlistliyini qorumaq hər bir vətəndaşın borcudur.


Əli









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv