Son xəbərlər
18 AVQUST
17 AVQUST
16 AVQUST
15 AVQUST
14 AVQUST
13 AVQUST
12 AVQUST
10 AVQUST
08 AVQUST
İDMAN

Azərbaycan idmanına növbəti şok: bu klub da ləğv edilir

<b>Azərbaycan idmanına növbəti şok: bu klub da ləğv edilir</b>

Təbriz Bələdiyyə İdarəsinin idman klubu ləğv edildikdən sonra Urmiya Bələdiyyəsinin idman komandalarının da ləğv edilməsi istənilib

Şəhər Şurasının 5 üzvü Urmiya “Şəhrdari” klubunun ləğv edilməsi ilə bağlı Şura rəisinə məktub ünvanlayıb.
Şura üzvləri bu təklifi maliyyə problemləri ilə əlaqələndirib. Urmiya “Şəhrdari” komandasının icraçı direktoru Peyman Rzayi “Mehr” agentliyinə bunları deyib:
“Deyilənlərə görə, Təbriz Bələdiyyəsinin klubu ləğv olunduqdan sonra Şura üzvləri maliyyə sıxıntılarına görə belə bir məsələni gündəmə gətiriblər. Lakin bizə konkret heç nə deyilməyib”.
Onun sözlərinə görə, klubun ləğvi ilə bağlı təklif şənbə günü elan olunacaq. Təklif dəstəklənərsə, Urmiyada “Şəhrdari” adı daşıyan bütün komandalar və ümumiyyətlə, Bələdiyyə İdarəsinin idman klubu ləğv ediləcək.
Maliyyə problemləri üzündən klubun ləğv edilməsi birmənalı qarşılanmır. Çünki İranda təkcə Tehranın “Perspolis” və “İstiqlal” futbol komandalarına hər il dövlət tərəfindən milyardlarla tümən vəsait ayrılır.
Qeyd edək ki, bir qədər əvvəl Təbrizdə “Şəhrdari” adı daşıyan bütün idman komandalarının ləğv edilməsi haqda qərar çıxarılıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv