Son xəbərlər
18 AVQUST
17 AVQUST
16 AVQUST
15 AVQUST
14 AVQUST
13 AVQUST
12 AVQUST
10 AVQUST
08 AVQUST
SİYASƏT

Bu, düşmənə bir mesajdır – Millət vəkili

<b>Bu, düşmənə bir mesajdır – Millət vəkili</b>

Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB və Tovuz rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Nazilidən Tovuza könül körpüsü” adlı qardaşlıq gecəsi keçirilib

Tədbirdə Türkiyənin Nazili vilayətinin millət vəkili və bələdiyyə sədrinin müavinləri, həmçinin bələdiyyə məclisinin üzvləri, tanınmış ziyalılar və folklor qrupunun üzvləri iştirak ediblər.
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov gecənin açılışında çıxışına ümummilli lider Heydər Əliyevin “bir millət, iki dövlət” düşüncəsi ilə başlayıb və Prezident İlham Əliyevin qardaş Türkiyə ilə əməkdaşlığa hər zaman böyük önəm verdiyini qeyd edib.
O, iki qardaş ölkə arasında bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini xüsusilə vurğulayıb.
Millət vəkili Qənirə Paşayeva da çıxışında bildirib ki, tədbirin türkiyəli nümayəndələrlə birlikdə keçirilməsi önəmlidir, eyni zamanda, dosta, düşmənə bir mesajdır.
“Arzu edirəm ki, gələn tədbirlərimizi Ali Baş Komandan, cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağ, Xankəndi, Xocalı, Şuşa və digər o gözəl torpaqlarımızda qeyd edək”.
Tədbirdə çıxış edən Nazili bələdiyyə sədrinin müavini Mustafa Ağqaya ölkəsinin hər zaman Azərbaycanın yanında olacağını qeyd edib.
Gecə Azərbaycanın tanınmış sənətçiləri və Türkiyədən gəlmiş folklor qrupunun ifası ilə davam etdirilib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv