Son xəbərlər
14 DEKABR
13 DEKABR
12 DEKABR
HADİSƏ

“Azərişıq” hesabat verdi: Yeni xidmətlər...

<b>“Azərişıq” hesabat verdi: Yeni xidmətlər...</b>

7 ay ərzində Azərişıq ASC-yə ASAN Xidmət vasitəsi ilə göstərdiyi 13 xidmət üzrə 101 min müraciət olub

Bu sözləri Azərişıq ASC-nin Perspektiv İnkişaf və ASAN Xidmətlə iş idarəsinin rəisi Elsevər Rüstəmli 2018-ci ilin geridə qalan 7 ayı ərzində görülən işlərlə bağlı keçirilən mətbuat konfransında deyib.
E.Rüstəmlinin sözlərinə görə, ümumilikdə 2018-ci ilin arxada qalan 7 ayı ərzində Azərişıq ASC-nin ASAN brendi vasitəsilə göstərdiyi xidmətlərin sayı 10-dan 13-ə qaldırılıb. Mart ayında “Məcburi köçkün qrupuna aid abonentlərdən müraciətlərin qəbulu”, may ayında isə “yük hesabatının hazırlanması” və “istehlakçının balansında olan elektrik şəbəkələrinə, onların avadanlıqlarına texniki xidmətin göstərilməsi” adlı yeni xidmətlər yaradılıb.
E.Rüstəmli həmin xidmətlərin hər biri ayrı-ayrılıqda xüsusi əhəmiyyət daşıdığını qeyd edib:
“Sıralamada 13-cü olan “istehlakçının balansında olan elektrik şəbəkələrinə, onların avadanlıqlarına texniki xidmətin göstərilməsi” xidməti istehlakçılar üçün çoxdan gözlənilən xidmət hesab olunur. Çünki Azərişıq ASC-nin balansında olmayan istehlakçıların balansında olan elektrik avadanlıqlarının istismarı zamanı, qəzalar, zədələnmələr, yanğınların qarşısının alınması və ya ortaya çıxan problemlərin aradan qaldırılması üçün bu xidmət olduqca vacib xidmətdir. Azərişıq ASC-nin ASAN Xidmət vasitəsi ilə göstərdiyi 13 xidmət arasında heç şübhəsiz əhali və qeyri-əhali üçün texniki şərtlərin verilməsi, daha dəqiq abonentlərin enerji təchizatı şəbəkəsinə qoşulması xidmətləri də xüsusi önəm daşıyır. Bu səbəbdəndir ki, Azərişıq ASC-nin elektron xəritəsinin imkanlarından istifadə olunmaqla ASAN xidmət mərkəzlərində əraziyə getmədən, yerindəcə məkanın coğrafi mövqelərinin müəyyən edilməsi, ölçülmələrin aparılması və iş planı layihələndirilərək sənədləşmənin aparılması təmin edilib”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv