Son xəbərlər
14 DEKABR
13 DEKABR
12 DEKABR
HADİSƏ

Tovuzda 2 nəfər minaya düşdü

<b>Tovuzda 2 nəfər minaya düşdü</b>

Tovuz rayonunda iki nəfər mülki şəxs minaya düşüb

Report-un məlumatına görə, hadisə Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttinin rayonun Əlibəyli kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, həmin kəndin sakinləri, 24 yaşlı Mehdiyev Elşad Vidadi oğlu və 14 yaşlı Hüseynov Elgün Fərid oğlu minaya düşərək ağır bədən xəsarətləri alıb. Yaralılar Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Qeyd edək ki, həmin ərazidə müvafiq nişanlar quraşdırılıb və əhaliyə həmin ərazilərə keçməmək barədə xəbərdarlıq edilib.
Faktla bağlı araşdırmalara başlanılıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv