Son xəbərlər
18 AVQUST
17 AVQUST
16 AVQUST
15 AVQUST
14 AVQUST
13 AVQUST
12 AVQUST
10 AVQUST
08 AVQUST
HADİSƏ

YPX əməkdaşları ilə sərxoş sürücü arasında mübahisə - Video

<b>YPX əməkdaşları ilə sərxoş sürücü arasında mübahisə - Video</b>

Bərdə rayonunda qaydalara əməl etməyən sürücü ilə Yol Patrul Xidməti (YPX) əməkdaşları arasında mübahisə yaranıb

Report-un məlumatına görə, şəhərin C.Məmmədquluzadə küçəsində baş verən insident zamanı küçədə tıxac yaranıb və nəqliyyatın hərəkəti bir müddət iflic olub.
Belə ki, "Lada-Priora" markalı avtomobil C.Məmmədquluzadə küçəsində yüksək sürətlə hərəkət etdiyi üçün YPX əməkdaşları tərəfindən sürücüyə "Saxla" əmri verilib. Əmrə tabe olmayan sürücü təhlükəli manevrlər edərək ərazidən uzaqlaşmağa çalışıb. YPX əməkdaşları tərəfindən süni tıxac yaradılıb və sürücü saxlanılıb. Onun sərxoş olduğu müəyyən edilib. YPX əməkdaşları sərxoş sürcünün əmrə tabe olmasını və avtomobildən düşməsini tələb edən zaman mübahisə yaranıb. Sürücü tabesizlik nümayiş etdirdiyindən əraziyə Post Patrul Xidməti (PPX) çağırılıb. Nəticədə həmin şəxs polis bölməsinə aparılıb, avtomobil isə YPX əməkdaşları tərəfindən cərimə meydançasına yerləşdirilib.
Baş verən insident zamanı küçədə uzunmüddətli tıxac yaranıb.
Faktla bağlı araşdırma aparılır.










FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv