Son xəbərlər
18 OKTYABR
17 OKTYABR
16 OKTYABR
15 OKTYABR
HADİSƏ

Saxta sənədlərlə sərhədi keçmək istəyənlər tutuldu

<b>Saxta sənədlərlə sərhədi keçmək istəyənlər tutuldu</b>

Dövlət Sərhəd Xidməti (DSX) son gün¬lərdə 4 əcnəbi vətəndaşın saxta sənədlərlə Azərbaycan Respublikası¬nın dövlət sərhədindən keçmək cəhdinin qarşısını alıb

DSX-dən verilən məlumata görə, iyulun 24-də Heydər Əliyev Beynəlxalq Aeroportunda Dubay-Bakı reysi ilə uçub gələn 1986-cı il təvəllüdlü Pakistan İslam Res¬publikasının vətəndaşı Sultana Fakhara Raza Muhammadın sər¬həd nəzarətinə təqdim etdiyi sənədlərin saxtalaşdırılması əlamətləri aşkarlanıb, laboratoriya şəraitində dərinləşdirilən yoxlama zama¬nı pasportunun məlumat səhifəsinin dəyişdirilməsi, həmçinin İspa¬niyaya aid daimi yaşayış kartının saxta olması təsdiqlənib.
Bundan başqa, iyulun 26-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Riqa reysi ilə uçmaq istəyən, özünü İspaniya Krallığının vətəndaşı kimi təqdim edən 1989-cu il təvəllüdlü Mehmood Asad Rasheedin sər¬həd nəzarətinə təqdim etdiyi İspaniya pasportunun saxta olmasına şübhə yaranıb və dərinləşdirilən yoxlama zamanı pasportun sax¬talaşdırılması təsdiqini tapıb. Araşdırma nəticəsində saxlanıl¬an şəxsin Palistan İslam Respublikasının vətəndaşı olması müəy¬yən olunub, baxış zamanı saxlanılan şəxsin üzərindən Pakistan pasportu aşkarlanıb.
İyulun 30-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Moskva-Bakı reysi ilə uçub gələn Özbəkistan vətəndaşı 1971-ci il təvəllüdlü Ulikova Feruzanın sərhəd nəzarətinə təqdim etdiyi pasportdakı Azərbaycan Respublikasının dövlət sərhədinin keçilməsi barədə ta¬rix-ştampların saxtalaşdırılması müəyyən edilib.
Avqustun 6-da “Samur” dövlət sərhədindən buraxılış məntəqə¬sində Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələn Özbəkistan vətəndaşı 1982-ci il təvəllüdlü Yegenmatov Avezmurat Bayramgeldıyeviçin sərhəd nəzarətinə təqdim etdiyi pasportdakı Azərbaycan Respublikasının dövlət sərhədinin keçilməsi barədə tarix-ştampların saxtalaşdırılması aşkar olunub.
Qeyd edilən faktlar üzrə müvafiq tədbirlər həyata keçirilir.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv