Son xəbərlər
21 SENTYABR
20 SENTYABR
19 SENTYABR
MƏDƏNİYYƏT

Anar: Bu, dövlətimizə, xalqımıza qarşı addımdır

<b>Anar: Bu, dövlətimizə, xalqımıza qarşı addımdır</b>

Gəncədə baş verən hadisələrə görə hər bir Azərbaycan vətəndaşı kimi dərindən təəssüflənirəm

Bu sözləri Kult.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Gəncədə iki polis zabitimizin radikal qruplar tərəfindən şəhid edilməsi haqqında danışarkən deyib. O, Gəncədəki olayı dövlətə, xalqa qarşı atılmış bir addım kimi qiymətləndirib:
“Gəncədəki radikalların törətməyə çalışdığı iğtişaşların qarşısı alınarkən polislərimiz qətlə yetirilib, bundan əvvəl isə icra başçısına sui-qəsd cəhdi edilib. Bütün bunlar məni çox məyus edir. Bu, doğrudan da çox xoşagəlməz hadisədir. Dövlətçiliyimizin əleyhinə olan hər bir hadisəni qəti şəkildə pisləyirəm”.
Xalq yazıçısı əhalini ayıq-sayıq olmağa, din adından sui-istifadə edib, Azərbaycanın düşmənlərinin sifarişini yerinə yetirənlərə qarşı sərt münasibət ortaya qoymağa çağırıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv