Son xəbərlər
19 İYUL
18 İYUL
17 İYUL
İDMAN

Xorvat futbolçu rus xalqından üzr istədi

<b>Xorvat futbolçu rus xalqından üzr istədi</b>

Səhv etdiyimi bilirəm. Rus xalqından bir daha üzr istəyirəm

Futbol üzrə Xorvatiya millisinin müdafiəçisi Domaqoy Vida dünya çempionatının 1/4 final mərhələsində Rusiya millisinə qalib gəldikdən sonra səsləndirdiyi şüarlara görə rus xalqından üzr istəyib.
Bu barədə Vida “Rusiya 24” telekanalının efirində danışıb.
“Səhv etdiyimi bilirəm. Rus xalqından bir daha üzr istəyirəm. Bu barədə düşünməmişdim. Bu həyatdır, səhvlərimizdən öyrənmək lazımdır”, - Vida bildirib.
Xatırladaq ki, Rusiya ilə oyundan sonra Xorvatiyanın müdafiəçisi Domaqoy Vida və nümayəndə heyətinin üzvü Oqnen Vukoyeviç Ukrayna lehinə şüarlar səsləndirib. Vukoyeviç ruslar üzərində qələbənin Kiyev “Dinamo”suna və Ukraynaya həsr olunduğunu bildirib. Xorvatların bu fikirləri Ukraynada böyük dəstək görüb. Ukrayna Prezidenti Pyotr Poroşenko da Vida və Vukoyeviçin bu əməlini yüksək qiymətləndirib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv