Son xəbərlər
19 İYUL
18 İYUL
17 İYUL
HADİSƏ

BAMF prezidenti Gəncədə baş verən hadisələrlə bağlı bəyanat yaydı

<b>BAMF prezidenti Gəncədə baş verən hadisələrlə bağlı bəyanat yaydı</b>



Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev ötən gün Gəncədə baş verən hadisələrlə bağlı bəyanat yayıb.
Bəyanatın mətnini təqdim edirik:
"Son günlər Gəncədə baş verən hadisələrin sifarişçilərini və onun icraçılarını şiddətlə lənətləyirəm. Unutmayaq ki, çəkilən tətik, tökülən qanlar bizim suverenliyimizə, müstəqilliyimizə təhdiddir. Öncə işıqlarımızı söndürdülər. Sonra məkrli şəkildə evlərimizə girib aralığı qarışdırmağa çalışdılar. Gəncə bizim ən böyük evlərimizdən biridir. Ölkəmizin qədim tarixi-mədəni mərkəzlərindən birində son günlər baş verənlər bir vətəndaş olaraq, bir azərbaycanlı olaraq məni son dərəcə narahat edir. Bütün bunlar əslində Cocuq Mərcanlıda səslənən sülh çağırışlarından, torpaqların azad olunması ilə bağlı bəyanatlardan sonra baş verdi. Azərbaycan ordusunun Günnüt istiqamətində uğurlu əməliyyatı, bütün cəbhə boyu genişmiqyaslı hərbi təlimlər, düşmənlərimiz üçün bir mesaj idi. Digər tərəfdən Ermənistanda baş verən son olaylar, militarist qüvvələrin iç üzünün açılması, irticaçıların, cinayətkarların həbs edilməsi, bununla da danışıqların normal aparılması üçün imkanların yarandığına ümid etdiyimiz bir zamanda Gəncədə yaradılan iğtişaş, təkrar edirəm ölkəmizin suveren və müstəqil siyasətinə qarşı yönəldilmiş qəsddir. Əlbəttə dövlətimiz güclüdür, ölkə başçısının güclü iradəsi mövcuddur. İnanıram ki, bu imtahandan da üzüağ çıxacağıq. Sonda bir daha gənclərimizə, aydınlarımıza səslənir, xalqımızı bir olmağa, həmrəy olmağa, kənar qüvvələrin, dağıdıcı ünsürlərin çağırışlarına uymamağa səsləyirəm."









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv