Son xəbərlər
21 SENTYABR
20 SENTYABR
19 SENTYABR
QHT XƏBƏR

“Azərbaycanı Suriyaya çevirmək istəyənlərin arzusu ürəyində qalacaq“

<b>“Azərbaycanı Suriyaya çevirmək istəyənlərin arzusu ürəyində qalacaq“</b>




“Ümumiyyətlə Gəncədə baş verən hadisələr terrordur və iğtişaşdır. Bu yolverilməz bir haldır. Ümummilli Lider Heydər Əliyevin dediyi kimi Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır. Amma biz nəticələr çıxarmalıyıq”. Bunu SİA-ya açıqlamasında Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) sədri, hərbi ekspert Emin Həsənli deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanın müstəqil siyasət aparması, ordusunun güclü olması bəzi dairələri ciddi narahat edir: “Bildiyiniz kimi Gəncə hadisələri Bakıda keçirilən Hərbi Paraddan sonra baş verdi. Bu gün xaricdə və daxilimizdə Azərbaycanı istəməyən qüvvələr var. Xatırlayırsınızsa, Nardaran hadisələrində polislərə qumbara aılmışdı indi isə Gəncədə baş verən hadisədə iki polis zabitimiz qətlə yetirildi. Bu bir cinayətdir və Azərbaycanın hüquq-mühafizə orqanları bunu araşdıracaq. Azərbaycan ictimaiyyəti, ziyalılar, vətəndaşlarımız, hərbiyönümlü QHT-lər, ehtiyatda olan zabitlər, döyüşçülər, şəhid ailələri və s. bu hadisəni pisləyir. Bu gün Azərbaycan polisi dövlətimizin keşiyində durur və sabitliyimizi qoruyur. Polis bizim üçün dəyərlidir. Ancaq polisimizin öz vətəndaşlarımız tərəfindən qətlə yetirilməsi bizi ciddi narahat edir.

Təəssüf hissi keçiririk ki, vətəndaşlarımız xarici qüvvələrin əlində tətikçidir və bu qəbuledilməzdir. Terrorçular hazırlıqlı gəlmişdilər və əllərində soyuq silahlar olmuşdu. Azərbaycanı Suriyaya, Əfqanıstana çevirmək istəyənlərin arzusu ürəyində qalacaq. Azərbaycan müasir, sivil dövlətdir. Bu gün Azərbaycanda xalq-iqtidar birliyi var. Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyev və cənab Prezident İlham Əliyevin siyasətini dəstəkləyir. Azərbaycan xalqı, cəmiyyəti imkan verməyəcək ki, onun müstəqilliyinə qəsd olsun”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv