Son xəbərlər
19 İYUL
18 İYUL
17 İYUL
TÜRK DÜNYASI

Çavuşoğludan ABŞ-a cavab: Qarşılığını görəcəklər!

<b>Çavuşoğludan ABŞ-a cavab: Qarşılığını görəcəklər!</b>

ABŞ-ın İran barədə atdığı addımları düzgün hesab etmirik

Yeni administrasiya “anlaşmadan çəkilirəm” dedi, ancaq AB ölkələri və İran bunu davam etdirmək istəyir.
Bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
“ABŞ əlavə sanksiyalar tətbiq edir. “Verdiyim qərara digər ölkələr də əməl etməlidir” deyir. Bu cür ola bilməz. Artıq bu iş belə davam etməz. S-400 alırsan, “sanksiya tətbiq edərəm” deyir. Tətbiq etsəniz, qarşılığını da görərsiniz. Belə bir münasibət istəyirsinizsə, bu sizin seçiminizdir. İran kimi bir ölkənin küncə sıxışdırılması doğru deyil. İsrailin tələbi ilə İran üçün qəbul edilən qərarları doğru hesab etmirik. Cənab prezidentimiz bunu qəti şəkildə bildirdi. Biz bölgəmizdə gərginlik istəmirik. Hazırda ABŞ-ın aldığı qərarlara sadəcə biz deyil, AB-yə üzv ölkələr də qarşı çıxır. Şirkətlər bundan narahat ola bilər. Ancaq AB üzvü ölkələr və bir qurum kimi AB-nin özü ABŞ-ın qərarlarına qarşıdır. Bunu qəti bir şəkildə söyləyirlər”, - Çavuşoğlu bildirib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv