Son xəbərlər
21 SENTYABR
20 SENTYABR
19 SENTYABR
MEDİA

““Lent.az“ etalondur“

<font color=red><b>““Lent.az“ etalondur“</b></font>


Azərbaycan Mətbuat Şurası "Lent.az"-ı 10 yaşı münasibətilə təbrik edib.
Təbrik məktubunda deyilir: "Azərbaycanın populyar internet media orqanlarından sayılan "Lent.az" İnformasiya Agentliyinin 10 yaşı tamam olur. Bu münasibətlə saytın rəhbərliyinə və əməksevər kollektivinə ən xoş arzularımızı çatdırmaqdan məmnunluq duyuruq.
"Lent.az" Azərbaycanın media məkanına internet medianın geniş vüsət almadığı bir zaman kəsiyində daxil oldu. Onun iş prinsipləri ilə "internet media orqanı necə olmalıdır?" sualına aydınlıq gəldi. Təsadüfi deyil ki, neçə-neçə saytlar məhz bu informasiya agentliyinin istər iş xüsusiyyətlərindən, istərsə də digər göstəricilərindən bəhrələnərək fəaliyyətə başladılar. Mövcud mənada "Lent.az" nümunədir, etalondur.
"Lent.az" internet media orqanının ictimaiyyət üçün faydalılıqla yanaşı, həm də rentabellilik nümunəsidir. Bu cəhət 10 ildir ki, media orqanını ayaqda saxlayır, elektron kütləvi informasiya vasitəsi bolluğu şəraitindəki öncül mövqeyini qoruyur.
"Lent.az"ın uğurunu şərtləndirən mühüm amil orada peşəkarların çalışmasıdır. Agentlik jurnalistikaya sadiq vətənpərvər qələm sahiblərinin yaradıcılıq, sağlam rəqabət meydanıdır. Təməli yaradıcılıqla qoyulmuş rəqabət mühitinin məhsulundan ən böyük faydanı götürən isə oxuculardır. "Lent.az"a oxucu marağı hər zaman yüksəkdir.
"Lent.az"a fəaliyyətə başlamasının 10 illiyi münasibəti ilə xoş diləklərimizi çatdırarkən ilk növbədə oxucu marağını hər zaman yüksəkdə tutmağı arzulayırıq. İnanırıq ki, bunun üçün olan əzmkarlıq və prinsipiallıq informasiya orqanını daha böyük rəqəmli əlamətdar tarixlərə daşıyacaq.
Bir daha "Lent.az" ailəsinin hər bir üzvünü təbrik edir, möhkəm cansağlığı, yeni-yeni uğurlar arzulayırıq.
10 yaşınız mübarək, əziz həmkarlar!".









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv