Son xəbərlər
19 AVQUST
18 AVQUST
17 AVQUST
16 AVQUST
15 AVQUST
14 AVQUST
13 AVQUST
12 AVQUST
10 AVQUST
08 AVQUST
MEDİA

Media ilə əməkdaşlığa güvənirik – Gömrük şefi

<b>Media ilə əməkdaşlığa güvənirik – Gömrük şefi</b>

Hər il 5 milyon 400 min nəfərə xidmət edirik

Bu sözləri Dövlət Gömrük Komitəsinin rəhbəri Səfər Mehdiyev "Azərbaycan Gömrüyü - bu gün və sabahın çağırışları" mövzusunda keçirilən seminarda deyib.
Onun sözlərinə görə, 26 il fəaliyyətə baxmayaraq Gömrük Komitəsi böyük və uğurlu yol qət edib:
"Media ilə əməkdaşlığımıza güvənirik. Ümid edirəm ki, çoxfunksiyalı gömrük qurumlarının gördüyü işləri işıqlandırmaq üçün sizlərə sərhəd-keçid məntəqələrində şərait yaradılacaq. Bu istiqamətdə gömrük orqanlarının fəaliyyətinə şahid ola biləcəklər. Jurnalistlər 3-4 saat ərzində hətta "gömrükçü" kimi çalışa bilərlər. Biz hər il 5 milyon 400 min insana xidmət edirik".
Daha sonra Mətbuat Şurasını rəhbəri Əflatun Amaşov çıxış edərək gömrük qurumlarının jurnalistlərə təşkil etdiyi maarifləndirici seminarların önəmli olduğunu deyib:
"Bir qrup jurnalistlərin bu seminarlara cəlb olunması eyni zamanda onların bu sahədən daha ixtisaslaşmış şəkildə yazmalarına şərait yaradacaq. Düşünürəm ki, bu, qurumlar üçün də önəmlidir. Zənnimcə, səfərlərin artırlması da diqqətdə saxlanılmalıdır. Xüsusilə Gürcüstan, İran istiqamətinə jurnalistlərin media turlarının təşkili daha yaxşı olardı".









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv