Son xəbərlər
23 OKTYABR
22 OKTYABR
20 OKTYABR
19 OKTYABR
İQTİSADİYYAT

“Biz 21-ci əsrin enerji tarixini yazırıq”

<font color=red><b>“Biz 21-ci əsrin enerji tarixini yazırıq”</b></font>

Prezident İlham Əliyev: "TANAP-ın istifadəyə verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür"

Berat Albayrak: “İki dövlət, bir millət deyimi sərhədləri aşır”


Dünən Türkiyənin Əskişəhər şəhərində Trans-Anadolu Boru Qaz Kəmərinin (TANAP) açılışı mərasimi keçirilib.
Mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan prezidenti İlham Əliyev, Ukrayna prezidenti Pyotr Poroşenko, Bolqarıstanın baş naziri Boyko Borisov, BP şirkətinin baş icraçı direktoru Robert Dadli və müxtəlif ölkələrdən nazirlər, enerji şirkətlərinin rəhbərləri iştirak edib.
Açılış mərasimində Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak bildirib ki, Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqli üçün inşa olunan Trans Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) qardaşlığa sərmayədir: “Enerjinin İpək Yolu adlandırılan TANAP-ın açılış mərasimi keçirilir. Türkiyə, Azərbaycan və Gürcüstan arasındakı regional əməkdaşlıq, yeni qitələrə çataraq qlobal əməkdaşlığa çevrilir”, - deyə o, qeyd edib.
Nazirin sözlərinə görə, TANAP fəal enerji siyasətlərinin əksidir: "Bu layihə maddi və xüsusilə mənəvi baxımdan dəyərlidir, 100 ilin layihəsidir. Bu, həm də qardaşlığa sərmayədir. İki dövlət, bir millət deyimi sərhədləri aşır. İki ölkənin gələcəyə buraxacağı ən böyük mirasdır ".
Berat Albayrak qeyd edib ki, TANAP Türkiyə və Azərbaycanın birgə təşəbbüsünün nəticəsidir: “Bu, həm də iki ölkənin qardaşlıq layihəsidir. Enerjinin İpək Yolu bir çox ölkələrin enerji təhlükəsizliyinə böyük töhfə verəcək, Türkiyənin enerji təhlükəsizliyində rolunu artıracaq. Bu, Türkiyənin Avropanın enerji təhlükəsizliyində rolunu artıracaq, tədarükçü ölkə kimi Azərbaycanın rolunu artıracaq. Bu, dünyada sabitliyə və inkişafa xidmət edən nadir layihələrdən biridir”.
Türkiyənin enerji naziri qeyd edib ki, Türkiyə bölgədəki münaqişələrin həllini tapması üçün səy göstərir: “Türkiyə hər zaman etibarlı tərəfdaş olub. Bu layihədə böyük rolu olan Azərbaycanın sabiq enerji naziri Natiq Əliyevi də yad edirik. Türkiyə və Azərbaycan prezidenti başda olmaqla, layihədə rolu olan hər kəsə təşəkkür edirəm”.
Prezident İlham Əliyev öz çıxışında bildirib ki, TANAP-ın istifadəyə verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür: "TANAP Türkiyə-Azərbaycan qardaşlığının növbəti zəfəridir. Bu layihə tarixi layihədir. Bizim birgə həyata keçirdiyimiz enerji layihələri bölgəmizə istiqrar gətirir, xalqlara fayda verir".
Dövlət başçısı deyib ki, Türkiyə hazırda dünya gündəliyini müəyyən edir: “Türkiyənin gücü bizim gücümüzdür. Bu gün dünyada bir-birini bu qədər dəstəkləyən ölkə tapmaq çətindir. TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının təzahürü, zəfəridir. Biz 21-ci əsrin enerji tarixini yazırıq. Bu, əməkdaşlıq, sabitlik layihəsidir. TANAP kimi nəhəng layihənin həyata keçirilməsi Türkiyə və Azərbaycan liderlərinin birgə siyasi iradəsi nəticəsində mümkün olub. Bizim təşəbbüsümüzlə irəli sürüdən istənilən layihə həyatda əksini tapır. Çünki bunun arxasında güclü siyasi iradə, bizim qardaşlığımız dayanır. Türkiyə- Azərbaycan qardaşlığı olmasaydı, bu layihə kağız üzərində qalardı. Onu da qeyd edim ki, Azərbaycanın Türkiyəyə qoyduğu sərmayənin miqdarı yaxın vaxtda 20 milyard dollara çatacaq”.
Dövlət başçısı deyib ki, Azərbaycan qazının Avropaya ötürülməsi ilə bağlı son illər bir çox danışıqlar aparılıb, layihələr irəli sürülüb: “Ancaq bunlar reallaşmayıb. Ona görə də Türkiyə və Azərbaycan qərara gəldi ki, birgə TANAP layihəsini həyata keçirsin. 2011-ci ildə bununla bağlı Türkiyədə saziş imzaladıq. TANAP mürəkkəb layihədir, biz bunu birgə icra etdik. TANAP 7 ölkəni birləşdirir, Cənub Qaz Dəhlizinin tərkibinin bir hissəsidir.
Cənub Qaz Dəhlizi 4 elementdən ibarətdir. Bura Şahdəniz-2, Cənub Qaz Dəhlizi, TANAP və TAP daxildir. TAP-ın 72 faizi icra olunub. Əminəm ki, bu layihə də yaxında tam icra olunacaq. Dəyəri 40 milyard dollar olan Cənub Qaz Dəhlizi Azərbaycan qazının qısa yolla və şaxələndirilmiş formada çatdırılmasını təmin edəcək.
Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi layihəsidir. Bu layihə vasitəsi ilə Azərbaycan qazı Türkiyə və Avropaya çatdırılacaq.
Cənub Qaz Dəhlizi yeni qaz mənbəyidir və enerji şaxələndlirilməsinə xidmət göstərir.
SOCAR və BOTAŞ TANAP-ın səhmdarlarıdır.
Cənub Qaz Dəhlizi Avrasiyada yeni əməkdaşlıq formatıdır.
Gələcəkdə 3 ölkə də tərəfdaşlarımız kimi layihədə iştirak edəcək. Biz Azərbaycan qazının Avropaya çatdırılması istiqmətində daha böyük işlər görməyə çalışmalıyıq”.


photoslide_title







FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv