Son xəbərlər
23 OKTYABR
22 OKTYABR
20 OKTYABR
19 OKTYABR
İQTİSADİYYAT

Ekspertdən uşaq bağçaları ilə bağlı mühüm – Təklif

<b>Ekspertdən uşaq bağçaları ilə bağlı mühüm – Təklif</b>

“Kids Studio”da baş verənlər bir sıra vacib məqamları yenidən gündəmə gətirib

Bu sözləri “Kids Studio” bağçasında uşaqlara qarşı zorakılıq tətbiq edilməsi ilə bağlı danışarkən iqtisadçı alim Vüqar Bayramov deyib. Ekspert sözügedən məsələnin institutsional tərəflərinin olduğunu bildirib:
“Əvvəlla, necə olub ki, müxtəlif tanıtım kampaniyaları keçirən, böyük auditoriya yığmağa çalışan və hətta Avropa mədəniyyətindən xəbərsiz olsalar belə, ispan günləri təşkil edib yayımlayan bağçanın lisenziyasız fəaliyyət göstərdiyini heç bir icra qurumu bilməyib? Lisenziyasız fəaliyyət göstərmək büdcəyə ödənişlərdən yayınmaqla yanaşı, qeyri-leqal dövriyəyə malik olmaq deməkdir. Buna rəğmən, qəribə olsa da, bu yarışıqlı uşaq bağçasının qanunsuz fəaliyyət göstərməsi ilə heç bir icra qurumu maraqlanmayıb”.
İqtisadçı hesab edir ki, özəl uşaq bağçaları daxil olmaqla, digər təhsil müəssisələrinin fəaliyyətində institutsional dəyişikliyə ehtiyac var:
“Uşaq bağçaları məktəbəqədər tərbiyə müəssisəsidir və mülkiyyət növündən asılı olmayaraq, onların yerli icra hakimiyyəti orqanlarına deyil, Təhsil Nazirliyinə tabe olmasına ehtiyac var. Praktika göstərdi ki, uşaq bağçalarının yerli icra hakimiyyətinin nəzarətində olması səmərəli deyil. Eyni zamanda, uşaq bağçaları daxil olmaqla, bütün təhsil müəssisələrində ictimai nəzarətin gücləndirilməsinə ehtiyac var. Özəl müəssisə olmaq istədiyi prinsipləri tətbiq etmək anlamına gəlməməlidir. Xüsusən də söhbət təhsil müəssisələrindən gedirsə. Buna görə də həmin müəssisələrin fəaliyyəti ilə bağlı konkret standartların hazırlanıb tətbiq olunması və onların icrasına nəzarətin gücləndirilməsi vacibdir”.
Qeyd edək ki, dünən “Kids Studio” bağçasında uşaqların döyülmə videosu ictimailəşəndən sonra tərbiyəçi Firuzə Tağıyeva qovulub, bağça isə bağlanıb. Təhsil Nazirliyi bağçanın lisenziyasız fəaliyyət göstərdiyini açıqlayıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv