Son xəbərlər
23 OKTYABR
22 OKTYABR
20 OKTYABR
19 OKTYABR
DÜNYA

Trampla Kim Çenin imzalanan sənədin detalları - Video

<b>Trampla Kim Çenin imzalanan sənədin detalları - Video</b>

Sinqapurun Sentosa adasında yerləşən “Kapella” mehmanxanasında ABŞ və Şimali Koreya liderləri Donald Tramp və Kim Çen İn arasında tarixi görüş keçirilib

09:06

Görüş əvvəlcədən elan edildiyi kimi, 45 dəqiqə davam edib.
Daha sonra Donald Tramp və Kim Çen İn arasında geniş formatda görüş baş tutub.
Liderlər Koreya yarımadasının tam nüvəsizləşdirilməsi və sülhün təmin edilməsi, ABŞ-Şimali Koreya əlaqələrinin normallaşdırılmasını müzakirə ediblər.
Sammitdə ABŞ Dövlət katibi Maykl Pompeo, Ağ Ev Aparatının rəhbəri Con Kelli, prezidentin mətbuat katibi Sara Sanders, Prezident Administrasiyasının milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton, ABŞ-ın Filippindəki səfiri, KXDR üzrə sabiq xüsusi nümayəndə Son Kim və Asiya üzrə Milli Təhlükəsizlik Şurasının böyük direktoru Mett Pottincer iştirak edib.
Şimali Koreya tərəfini isə sammitdə Koreya Əmək Partiyasının Mərkəzi Komitəsinin sədr müavinləri Kim Yon Çxol və Li Su Yon, Xarici İşlər naziri Li Yon Xo, Silahlı Qüvvələri naziri No Qvan Çxol, XİN rəhbərinin müavini Soy Son Xi, Kim Çen İnin kiçik bacısı Kim Yo Çjon və Əmək Partiyası Mərkəzi Komitəsinin departament direktoru Xan Kvan San təmsil edib.
İki ölkə lideri öz nümayəndələri ilə işgüzar naharda iştirak edəcəklər.
***
Görüşdən sonra jurnalistlərə açıqlama verən Şimali Koreya lideri Kim Çen İn Pxenyan və Vaşinqtonun tezliklə aralarındakı problemləri həll edəcəklərinə ümid etdiyini bildirib. O, keçmişdə baş verənlərin iki ölkəyə çox şeyləri görməyə və eşitməyə mane olduğunu deyib.
Kim Çenin bu sözlərini Tramp da təsdiqləyib.
Tərəflər arasında özlərinin iddia etdiyi kimi danışıqların yaxşı keçməsinə baxmayaraq, nə Tramp, nə də Kim Çen Şimali Koreyanın nüvəsizləşdirilməsi məsələsinə aydınlıq gətirib. Belə ki, Kim Çendən jurnalistlər üç dəfə Pxenyanın nüvə raketlərindən imtina edib-etməyəcəyini soruşub, o isə bu suallara cavab verməyib.
***
ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen İnlə sənədlər imzalayacaq.
“Biz elə bu dəqiqə imzalamağa gedirik”, - Tramp jurnalistlərə deyib. Ancaq o, məhz hansı sənədlərin imzalanacağını açıqlamayıb.
Tramp görüşü çox yüksək qiymətləndirib və onun gözləniləndən də yaxşı keçdiyini bildirib.
***
ABŞ Prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen İn arasında birgə sənədlər imzalanıb.
İmzalanan sənədlərin nə ilə bağlı olduğu barədə məlumat verilməsə də, Tramp “Olduqca əhatəli bir sənəd imzaladıq” deyib.
Tramp Şimali Koreya lideri ilə bu görüşü tarixi adlandırıb:
“Keçmişi keçmişdə buraxmağa qərar verdik. Dünya böyük bir dəyişikliyə şahidlik edəcək”.
***
ABŞ Şimali Koreyaya nüvə silahından imtinası qarşılığında təhlükəsizlik zəmanəti verəcək.
Bu barədə məlumat ABŞ və Şimali Koreya liderləri arasında imzalanan razılaşmada yer alıb.
Sənəddə həmçinin tərəflərin bundan sonrakı ABŞ-Şimali Koreya münasibətlərinin inkişafı məsələsi ilə bağlı geniş fikir mübadiləsini davam etdirmələri əks olunub.











FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv