Son xəbərlər
14 İYUN
13 İYUN
12 İYUN
HADİSƏ

Bakıda havanı zəhərləyən direktor cərimələndi

<b>Bakıda havanı zəhərləyən direktor cərimələndi</b>

Nərimanov rayonunda fəaliyyət göstərən müəssisə tərəfindən havaya qara tüstü atılması aşkarlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, fakt araşdırılıb və havaya tullantıların sözügedən ərazidə fəaliyyət göstərən “Buz Metal” MMC tərəfindən atıldığı müəyyən edilib. Atmosfer havasından nümunələr götürülərək analizlər aparılıb və nümunələrdə zərərli maddələrin miqdarının artıq olduğu məlum olub.
Faktla bağlı MMC-nin direktoru Məmməd Ələkbərov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində İnzibati Xətalar Məcəlləsinə əsasən 3000 manat məbləğində cərimə olunub. Qanun pozuntusunun aradan qaldırılması üçün MMC-yə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.




Xəbər - 32 dəfə oxundu







FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv